Yuxarı

Azərbaycan İran və İraqa nə qədər arpa ixrac edib?

Ana səhifə İqtisadiyyat
12 Punto 14 Punto 16 Punto 18 Punto
Azərbaycan İran və İraqa nə qədər arpa ixrac edib?

Bu ilin birinci rübündə İran və İraqa 9 min 137,5 ton arpa ixrac olunub. İyul ayında isə bu ölkələr Azərbaycandan 4 min 327,3 ton arpa alıb.

Axar.az xəbər verir ki, bu barədə Kənd Təsərrüfatı Nazirliyi yanında Dövlət Fitosanitar Nəzarət Xidmətinin rəisi Camal Quliyev məlumat verib.

Onun sözlərinə görə, indiyədək xarici ölkələrə ixrac edilən 13 min 464,8 ton arpa məhsulunun 3 min 115, 6 tonu yemlik, 10 min 349,2 tonu isə ərzaqlıq olub.

Xidmət rəisi bildirib ki, bu il ilk dəfə olaraq Azərbaycandan arpa məhsullarının ixracının həyata keçirilməsi üçün Dövlət Fitosanitar Nəzarəti Xidməti zəruri fitosanitar sertifikat təqdim edib: "Bu, Azərbaycanın kənd təsərrüfatı məhsullarının ixrac potensialının genişləndirilməsi istiqamətində ən müsbət hal kimi dəyərləndirilir".

Camal Quliyev respublikada yetişdirilən taxıl və yem məhsullarının ixracı üçün yeni bazarların axtarışları istiqamətində bu ilin birinci rübündə İran və İraqın bir sıra məhsullarla yanaşı, həm də qeyd edilən məhsullar üçün əlverişli bazar kimi nəzərdən keçirildiyini diqqətə çatdırıb. "Hazırda yeni sifarişlər var və yaxın vaxtlarda arpa məhsullarının növbəti partiyasının ixracı planlaşdırılır" - deyə, xidmət rəisi vurğulayıb.

Tarix
2016.07.27 / 20:22
Müəllif
Axar.az
Digər xəbərlər

Corciya Meloni İlham Əliyevə təşəkkür etdi

General: Azərbaycana saldıranlar ağlını başına yığsın! - Video

44 günlük müharibənin ən mühüm nəticəsi... – Solonnikov

FHN rəhbərliyi Zəfər parkında - Video

Ərdoğandan Anım Günü ilə bağlı paylaşım

Azərbaycanla qardaşlığımız daim var olsun - Duran

Dövlət və hökumət rəsmiləri Zəfər parkında - Foto

Tanınmış türk alim Azərbaycana hücuma görə üzr istədi

Gürcüstanla Azərbaycan arasında gərginlik... - Kobaxidze

Şəhidlərin xatirəsi bir dəqiqəlik sükutla yad edildi

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla