Yuxarı

Türkiyə və İranı Naxçıvan birləşdirəcək

Ana səhifə İqtisadiyyat
12 Punto 14 Punto 16 Punto 18 Punto
Türkiyə və İranı Naxçıvan birləşdirəcək

Yaxın gələcəkdə Naxçıvan vasitəsi ilə Türkiyə və İran arasında dəmir yolu əlaqəsi yaradılacaq.

APA-nın məlumatına görə, bunu Naxçıvan Dəmir Yolları Məhdud Məsuliyyətli Cəmiyyətinin direktoru Mahir Əliyev Naxçıvan Muxtar Respublikası Nəqliyyat Nazirliyində 2016-cı ilin birinci yarısının yekunları və qarşıda duran vəzifələrə həsr olunmuş Kollegiya iclasında açıqlayıb.

"Naxçıvan Dəmir Yolları" Məhdud Məsuliyyətli Cəmiyyəti üzrə 2016-cı ilin 6 ayı ərzində dəmir yolunda sağlamlaşdırma işləri aparılaraq qatarların hərəkətinin təhlükəsizliyi təmin edildiyini nəzərə çatdıran M. Əliyev deyib ki, Türkiyə Respublikasının dəmir yolları ilə birləşdirilməsi məqsədilə Culfa-Sədərək sahəsi üzrə ilkin layihələndirmə işləri həyata keçirilib. Cari il mart ayının 3-də "Azərbaycan Dəmir Yolları" Qapalı Səhmdar Cəmiyyətinin nümayəndə heyəti ilə İran Dəmir Yollarının idarə heyəti arasında Naxçıvan-Təbriz-Tehran-Məşhəd beynəlxalq sərnişin qatarının fəaliyyətə başlaması ilə bağlı müzakirələr aparılaraq müvafiq razılaşma əldə olunub. Növbəti mərhələdə isə istismara buraxılacaq bu dəmir yolu xətti ilə yükdaşımaların da həyata keçirilməsi nəzərdə tutulur ki, bu da dəmir yolunun iqtisadi potensialını xeyli artıracaq: "Bunlarla yanaşı, yaxın gələcəkdə Bakı-Tbilisi-Qars dəmir yolunun Naxçıvan-Culfa-Təbriz dəmir yolu xəttinə birləşdirilməsi istiqamətində də zəruri tədbirlər həyata keçirilir".

Tarix
2016.08.02 / 01:10
Müəllif
Axar.az
Digər xəbərlər

Corciya Meloni İlham Əliyevə təşəkkür etdi

General: Azərbaycana saldıranlar ağlını başına yığsın! - Video

44 günlük müharibənin ən mühüm nəticəsi... – Solonnikov

FHN rəhbərliyi Zəfər parkında - Video

Ərdoğandan Anım Günü ilə bağlı paylaşım

Azərbaycanla qardaşlığımız daim var olsun - Duran

Dövlət və hökumət rəsmiləri Zəfər parkında - Foto

Tanınmış türk alim Azərbaycana hücuma görə üzr istədi

Gürcüstanla Azərbaycan arasında gərginlik... - Kobaxidze

Şəhidlərin xatirəsi bir dəqiqəlik sükutla yad edildi

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla