Yuxarı

Bu bankı idarə edənlər dəyişdi

Ana səhifə İqtisadiyyat
12 Punto 14 Punto 16 Punto 18 Punto
Bu bankı idarə edənlər dəyişdi

Maliyyə Bazarlarına Nəzarət Palatasının "Bank Standard" KB-yə təyin etdiyi müvəqqəti inzibatçılıq bu gün başa çatır və bankın idarəetməsi avqustun 3-dən yeni İdarə Heyətinə keçir.

Palatadan Axar.az-a daxil olan məlumatda bildirilir ki, son illər "Bank Standard" kommersiya bankının idarə edilməsində və investisiya-kredit siyasətində yol verilmiş nöqsanlar, o cümlədən səmərəsi aşağı olan investisiya layihələrinin maliyyələşdirilməsi onun maliyyə vəziyyətinin pisləşməsinə, problemli aktivlərinin artmasına səbəb olub. Nəticədə bankın likvidlik və kapital mövqeyi zəifləyib və kreditorlar qarşısında öhdəliklərin icrasında çətinliklər yaranıb. Bankda yaranan problemlərin tənzimlənməsi məqsədilə Palata tərəfindən mayın 3-dən etibarən banka 3 ay müddətinə müvəqqəti inzibatçı təyin edilib. Bankın sistem əhəmiyyətini nəzərə alaraq, 4 iyul 2016-cı ildə onun səhmlərinin nəzarət zərfi dövlətə məxsus olan "Azər-Türk Bank" ASC vasitəsilə sanasiya edilməsi haqqında qərar qəbul olunub.

Bu proses çərçivəsində "Azər-Türk Bank" ASC tərəfindən "Bank Standard" KB-nin idarəedici orqanlarına yeni üzvlər təklif olunub və MBNP tərəfindən müsbət qiymətləndirilib. Avqustun 2-də Palatada "Azər-Türk Bank" ASC rəhbərliyi və "Bank Standard" KB-nin təklif olunan yeni İdarə Heyət rəhbərliyi ilə görüş keçirilib və bankın gələcək inkişaf strategiyası müzakirə edilib. MBNP rəhbərliyi "Bank Standard" KB-nın maliyyə dayanıqlılığının gücləndirilməsi istiqamətində təklif və tövsiyələrini verib və yeni menecmentə lazımi dəstək göstərməyə hazır olduğunu bildirib.

Tarix
2016.08.03 / 00:36
Müəllif
Axar.az
Digər xəbərlər

İtaliya səfirliyi Bakıdan Tehrana qaytarıldı

İordaniya Nümayəndələr Palatasının sədri Bakıdadır

Bayramov Saidovla danışdı

Ermənistana daha 7 vaqon buğda göndərildi

Bu səfirin Azərbaycanda fəaliyyəti başa çatdı

Minnixanovdan Əliyevə: Buna ümid edirik...

AİHM-in son qərarı ilə bağlı Əsgərovdan bəyanat

Gömrük Komitəsinin idarə rəisi işdən çıxarıldı

Baş nazirdən mühüm qərar

Vüqar Əhmədov Qax və Zaqatala sakinləri ilə görüşdü

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla