Yuxarı

Minimum pensiya 2,9 dəfə artıb - Nazir

Ana səhifə İqtisadiyyat
12 Punto 14 Punto 16 Punto 18 Punto
Minimum pensiya 2,9 dəfə artıb - Nazir

2018-2025-ci illərdə Azərbaycanda minimum pensiya 2,9 dəfə artıb.

Axar.az xəbər verir ki, bunu əmək və əhalinin sosial müdafiəsi naziri Anar Əliyev Milli Məclisin bugünkü plenar iclasında "Dövlət sosial müdafiə fondunun 2026-cı il büdcəsi haqqında" və "İşsizlikdən sığorta fondunun 2026-cı il büdcəsi haqqında" qanun layihələrinin ikinci oxunuşda müzakirəsində bildirib.

"110 manatdan 320 manata qədər bu artımı təmin etmişik. Hazırda minimum pensiyanın minimum əmək haqqına nisbəti 80% təşkil edir. ​Orta aylıq pensiyalarda artım isə 2,6 dəfədir. Yəni biz ümumi pensiyanın üç qrup üzrə (yaşa görə, əlilliyə görə və ailə başçısını itirməyə görə) 208 manatdan 540 manata çatdırılmasına nail ola bilmişik. ​Yaşa görə orta aylıq pensiyada 2,5 dəfə artım müşahidə eləyirik. Yəni 234 manatdan 575 manata bu məbləğləri artırmışıq. ​Orta aylıq pensiyanın orta aylıq əmək haqqına nisbəti hazırda 50% təşkil edir. Sosial müavinət və təqaüd ödənişlərində 5 dəfə artıma nail olmuşuq. Yəni biz 400 milyon manatdan artıq 2026-cı ildə 2 milyard manat xərcə gəlib çıxmışıq", - deyə o qeyd edib.

Tarix
2025.12.02 / 16:47
Müəllif
Axar.az
Digər xəbərlər

Bunu Azərbaycandan bu yolla daha ucuza alırıq - Kobaxidze

İqnasio Kassis bu dəfə Ermənistana gəlir

Kəmaləddin Heydərov iranlı nazirlə görüşdü

Azərbaycan və BƏƏ-nin hərbi təlimləri başladı - Video

İranın DİN rəhbəri İlham Əliyevə təşəkkür etdi

Prezident iranlı naziri qəbul etdi - Foto

Van Yi Azərbaycana gəlir

Laos prezidenti Azərbaycana gəldi - Foto

Ölkə başçıları mətbuata bəyanatlarla çıxış etdilər

İran Ərəbistanı bu sözlərlə hədələdi – İnanılmaz

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla