Yuxarı

Palata 6 ayın statistikasını açıqladı

Ana səhifə İqtisadiyyat
12 Punto 14 Punto 16 Punto 18 Punto
Palata 6 ayın statistikasını açıqladı

Bu ilin 6 ayı ərzində ölkənin 25 sığortaçısı tərəfindən 285,3 milyon manat sığorta haqqı hesablanıb. Bu göstərici ötən ilin analoji dövrü ilə müqayisədə 42,950 milyon manat və ya 17,7% çoxdur.

Maliyyə Bazarlarına Nəzarət Palatasından Axar.az-a verilən məlumata görə, 2016-cı ilin birinci yarımili ərzində sığortaçıların həyata keçirdiyi sığorta ödənişlərinin məbləği 101,4 milyon manat təşkil edib. Bu da 2015-ci ilə nisbətən 10,1% çoxdur.

Könüllü və icbari sığorta növləri üzrə də müsbət dinamika müşahidə olunub. Dövr ərzində könüllü sığorta növləri üzrə haqlar 15.54%, ödənişlər isə 4.93% artaraq, müvafiq olaraq 177, 1 və 75,1 milyon manat təşkil edib.

Həyat sığortası bazarında yığım 35%, ödəniş isə 1,2 dəfə artıb. Qeyri-həyat sığortası bazarında yığım 7,5% artıb, ödəniş isə 5% azalıb.

Hesabat dövründə sığorta bazarında toplanmış hər 100 manat sığorta haqqı müqabilində 35,5 manat ödəniş həyata keçirilib. Bu göstərici keçən ilin eyni dövrü üzrə 38 manat təşkil edib.

Tarix
2016.08.10 / 11:53
Müəllif
Axar.az
Digər xəbərlər

General: Azərbaycana saldıranlar ağlını başına yığsın! - Video

44 günlük müharibənin ən mühüm nəticəsi... – Solonnikov

FHN rəhbərliyi Zəfər parkında - Video

Ərdoğandan Anım Günü ilə bağlı paylaşım

Azərbaycanla qardaşlığımız daim var olsun - Duran

Dövlət və hökumət rəsmiləri Zəfər parkında - Foto

Tanınmış türk alim Azərbaycana hücuma görə üzr istədi

Gürcüstanla Azərbaycan arasında gərginlik... - Kobaxidze

Şəhidlərin xatirəsi bir dəqiqəlik sükutla yad edildi

Can Azərbaycana hücum edənlər... - Hulusi Kılıç

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla