Yuxarı

Azərbaycan yeni ikimərtəbəli qatarlar alacaq

Ana səhifə İqtisadiyyat
12 Punto 14 Punto 16 Punto 18 Punto
Azərbaycan yeni ikimərtəbəli qatarlar alacaq

Bakı-Tbilisi-Qars dəmir yolu xəttinin Gürcüstan ərazisindəki 183 km-lik hissə bu ilin sonuna qədər ilkin istismara veriləcək. Türkiyə ərazisində isə Gürcüstan sərhədindən Qarsa qədər 80 km-ə hissədə torpaq işlərinin 90%-i yekunlaşıb. Digər işlər sürətləndirilib və söz verilib ki, ilin sonunadək qurtarılacaq.

Report xəbər verir ki, bu barədə "ASAN radio"nun "Qəbul ASAN" verilişində qonaq olan Azərbaycan Dəmir Yolları QSC-nin sədri Cavid Qurbanov deyib.

QSC sədrinin sözlərinə görə, növbəti il üçün qatarların orta sürətinin daha da artırılması planlaşdırılır: "Gələn ilin ortalarında həmin istiqamətdə dəmiryolu qatarlarının orta sürəti 100-140 km/saat arasında tənzimləyəcəyik. Amma Qars dağlıq olduğu üçün orada orta sürət 60-80 km/saat arasında olacaq".

C.Qurbanov bildirib ki, Azərbaycanda sürətli qatarlarının olması üçün yeni yolların tikilməsinə ehtiyac var: "Bəzi ölkələrdə sürətli qatarların texnologiyası fərqlidir. Onlar hava yastıqlarının üzərində hərəkət edir. Hazırda Azərbayandakı yollarda belə qatarların istifadəsi mümkün deyil. Onun üçün gərək bu yolların yanından yeni dəmir yolu xətti çəkilsin. Amma indiki yolları təmir etməklə sürəti bir qədər artırmaq mümkündür".

"Azərbaycan Dəmir Yolları" QSC-nin sədri gələn ilin sonuna qədər Gəncə istiqamətində saatda 100 km məsafə qət edən qatarların buraxılmasının planlaşdırıldığını söyləyib: "Cənab prezident tərəfindən Gəncə üçün tapşırıq almışıq və çalışacağıq ki, 2017-ci ilin ortalarına və yaxud axırına yaxın bu yola ən azı 100 km/saat sürətlə hərəkət edən qatar buraxaq. Bununla da Gəncəyə 3-3,5 saata çatmaq məsələsini həll edəcəyik".


Onun fikrincə, bunun üçün yeni qatarların alınması planlaşdırılır: "Biz düşünürük ki, bu məqsədlə "Stadler Rail Group" şirkətindən yeni ikimərtəbəli qatarlar alaq və gələn il istifadəyə verək".

Tarix
2016.08.12 / 20:01
Müəllif
Axar.az
Digər xəbərlər

Ermənistana daha 7 vaqon buğda göndərildi

Bu səfirin Azərbaycanda fəaliyyəti başa çatdı

Minnixanovdan Əliyevə: Buna ümid edirik...

AİHM-in son qərarı ilə bağlı Əsgərovdan bəyanat

Gömrük Komitəsinin idarə rəisi işdən çıxarıldı

Baş nazirdən mühüm qərar

Vüqar Əhmədov Qax və Zaqatala sakinləri ilə görüşdü

TƏBİB sədrindən gözlənilməz qərar: İsrafilov işdən çıxarıldı

Prezident Qurbanova babasının fədakarlığından danışdı

Prezident otağındakı heykəllə bağlı maraqlı faktı açıqladı - Foto

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla