Yuxarı

Kreditlər hansı məzənnə ilə ödənilməlidir? – Video

Ana səhifə İqtisadiyyat
12 Punto 14 Punto 16 Punto 18 Punto
Kreditlər hansı məzənnə ilə ödənilməlidir? – Video

Xarici valyutada kredit götürmüş şəxs aylıq borcu manatla ödəyəndə məbləğ bankın həmin günə müəyyən etdiyi məzənnə ilə hesablanır.

Axar.az xəbər verir ki, müştəri rəsmi məzənnəyə uyğun ödəniş etmək istəsə də, qanun buna yol vermir.

Mərkəzi Bankın qərarına əsasən, banklar xarici valyutanı rəsmi məzənnədən 4 faiz aşağı və ya yuxarı hədlə alıb-sata bilər. Bu çərçivədə məzənnənin müəyyənləşdirilməsi qismən sərbəstdir. Kredit ödənişi vaxtı da bankın təyin etdiyi məzənnəyə uyğun məbləğ qəbul olunur.

Bu hal vətəndaşların etirazına səbəb olsa da, banklar qanunvericiliyə uyğun hərəkət edir. Ancaq vətəndaş pulunu krediti ödədiyi bankda konvertasiya etdirməyə bilər.

Xəzər-xəbər-in məlumatına görə, ekspertlər ay ərzində gündəlik məzənnələri izləməyi tövsiyə edir. Növbəti ödənişə qədər dolların ən ucuz olduğu gün manatı bu valyutaya dəyişib saxlamaq, ödəniş günü isə banka təqdim etmək olar.

Tarix
2016.08.17 / 10:33
Müəllif
Hacı Qulu
Digər xəbərlər

İrəvandan TRİPP-lə bağlı mühüm açıqlama

Azər Zahidin ölkədən çıxışına qadağa qoyuldu

XİN Türkiyəyə başsağlığı verdi

Türkiyədə helikopter qəzası: 5 hərbçi şəhid oldu - Video

Ermənistandakı bu layihəni alqışlayırıq

Layihələrimiz Avropa üçün strateji əhəmiyyət daşıyır

Bakı və Tiflis daha 18 sənəd imzalayacaq - Nazir

Boçorişvilinin qəbulu ilə bağlı videoçarx paylaşıldı - Video

Azərbaycan və Gürcüstan XİN rəhbərləri görüşdü

Sərdar Kılıç buna görə Paşinyanı təriflədi

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla