Yuxarı

Fond əmanətçilərə 56 milyon ödədi

Ana səhifə İqtisadiyyat
12 Punto 14 Punto 16 Punto 18 Punto
Fond əmanətçilərə 56 milyon ödədi

1 avqust 2016-cı il tarixdən etibarən Əmanətlərin Sığortalanması Fondu Dekabank ASC, Kredobank ASC, Parabank ASC və Zaminbank ASC-nin qorunan əmanətçilərinə kompensasiya ödənişinə başlayıb.

Fonddan Axar.az-a verilən məlumata görə, 19 avqust 2016-cı il tarixdə "Parabank"ın qorunan əmanətçilərinə 19,5 mln. manat, "Zaminbank"ın qorunan əmanətçilərinə 28,8 mln. manat, "Kredobank"ın qorunan əmanətçilərinə 5,8 mln. manat və "Dekabank"ın qorunan əmanətçilərinə isə 2,3 mln. manatdan artıq kompensasiya ödənilib. Ümumilikdə 4 bank üzrə 56,4 mln. manatdan artıq kompensasiya ödənilib.

Fond məlumat üçün bildirir ki, 01 mart 2016-cı il tarixdə qüvvəyə minən "Əmanətlərin tam sığortalanması haqqında" Azərbaycan Respublikasının Qanununun 3-cü maddəsinə əsasən Əmanətlərin Sığortalanması Fondunun Himayəçilik Şurası tərəfindən əmanətlər üzrə müəyyən edilmiş və 2 mart 2016-cı il tarixdən qorunan əmanətlər üçün qüvvəyə minmiş maksimal illik faiz dərəcəsi- milli valyuta üzrə 12%, xarici valyuta üzrə 3 % həddində olan Fondun iştirakçı banklardakı bütün qorunan əmanətlər məbləğindən asılı olmayaraq 3 (üç) il müddətində tam sığortalanır.

2 mart 2016-cı il tarixdən əvvəl illik 12 %-ə qədər xarici valyutada yerləşdirilən əmanətlər üzrə hər bir qorunan əmanətçiyə 100% həcmində, lakin 30 min manatdan çox olmamaq şərti ilə kompensasiya ödəniləcək.

Tarix
2016.08.20 / 10:43
Müəllif
Axar.az
Digər xəbərlər

44 günlük müharibənin ən mühüm nəticəsi... – Solonnikov

FHN rəhbərliyi Zəfər parkında - Video

Ərdoğandan Anım Günü ilə bağlı paylaşım

Azərbaycanla qardaşlığımız daim var olsun - Duran

Dövlət və hökumət rəsmiləri Zəfər parkında - Foto

Tanınmış türk alim Azərbaycana hücuma görə üzr istədi

Gürcüstanla Azərbaycan arasında gərginlik... - Kobaxidze

Şəhidlərin xatirəsi bir dəqiqəlik sükutla yad edildi

Can Azərbaycana hücum edənlər... - Hulusi Kılıç

Prezident Anım Günü ilə bağlı videoçarx paylaşdı

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla