Yuxarı

32 dövlət müəssisəsi hərraca çıxarıldı

Ana səhifə İqtisadiyyat
12 Punto 14 Punto 16 Punto 18 Punto
32 dövlət müəssisəsi hərraca çıxarıldı

Əmlak Məsələləri Dövlət Komitəsi dövlət əmlakının özəlləşdirilməsi ilə bağlı növbəti hərracları elan edib.

Komitədən Axar.az-a verilən məlumata görə, bu dəfəki hərraclarda 25 səhmdar cəmiyyətinin 30%-lik səhm paketləri, 32 kiçik dövlət müəssisi və obyekti, 16 nəqliyyat vasitəsi özəlləşdirməyə çıxarılıb.

Hərraclar barədə məlumatlar komitənin rəsmi mətbu orqanı olan "Mülkiyyət" qəzetində və Özəlləşdirmə portalında yerləşdirilib. İstənilən vətəndaş hərrac elanına baxdıqdan sonra hərraca çıxarılan dövlət əmlakı ilə bağlı Özəlləşdirmə portalında müvafiq bölmələrdə yerləşdirilmiş məlumatlar ilə ətraflı tanış ola bilər.

Portalda müəssisələrin, əmlakların və nəqliyyat vasitələrinin mövcud vəziyyətini əks etdirən fotolar və mətn məlumatları əksini tapıb.

Xatırladaq ki, komitə bu tədbirləri Azərbaycan Prezidentinin "Dövlət əmlakının özəlləşdirilməsinin sürətləndirilməsi və idarə edilməsinin səmərəliliyinin artırılması ilə bağlı bəzi tədbirlər haqqında" 19 iyul 2016-cı il tarixli fərmanına və bu sahədəki digər tapşırıqlarına əsasən həyata keçirir.

Hərraca çıxarılan səhmdar cəmiyyətlərinin fəaliyyət profili iqtisadiyyatın müxtəlif sahələrinə, o cümlədən aqrar, sənaye, inşaat, xidmət, nəqliyyat sahələrinə aiddir. Bu müəssisələr respublikanın müxtəlif şəhər və rayonlarında yerləşir.

Hərraca çıxarılan kiçik dövlət müəssisə və obyektlərinin əksəriyyəti Bakının Sabunçu, Xəzər və Qaradağ rayonlarında yerləşir. Eyni zamanda, Abşeron, Sumqayıt, Mingəçevir və Şəkidə yerləşən obyektlər də bu dəfəki hərraclarda özəlləşməyə çıxarılıb.

Komitə tərəfindən özəlləşdirməyə çıxarılan 16 nəqliyyat vasitəsi barədə foto və mətn məlumatları komitənin Özəlləşdirmə Portalında, Nəqliyyat vasitələri bölməsində yerləşdirilib.

Hərraclarda iştirak hazırda daha rahatdır və komitə tərəfindən şəffaf hərraclar keçirilir. Hərrac prosesi ilə tanış olmaq istəyən hər bir vətəndaş "açıq hərrac"larda gəlib iştirak edə bilər. Əmlak Məsələləri Dövlət Komitəsi yerli və xarici investorları, sahibkarları, iş adamlarını və mülkiyyət sahibi olmaq istəyən hər bir kəsi özəlləşmədə fəal iştirak etməyə dəvət edir. Qarşıdakı dövrdə də çoxlu sayda dövlət əmlaklarının mərhələli şəkildə özəlləşdirməyə çıxarılması davam etdiriləcək.

Tarix
2016.08.22 / 14:29
Müəllif
Hacı Qulu
Digər xəbərlər

Bu səfirin Azərbaycanda fəaliyyəti başa çatdı

Minnixanovdan Əliyevə: Buna ümid edirik...

AİHM-in son qərarı ilə bağlı Əsgərovdan bəyanat

Gömrük Komitəsinin idarə rəisi işdən çıxarıldı

Baş nazirdən mühüm qərar

Vüqar Əhmədov Qax və Zaqatala sakinləri ilə görüşdü

TƏBİB sədrindən gözlənilməz qərar: İsrafilov işdən çıxarıldı

Prezident Qurbanova babasının fədakarlığından danışdı

Prezident otağındakı heykəllə bağlı maraqlı faktı açıqladı - Foto

Erməni mediası Misir Mərdanovdan yazdı

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla