Yuxarı

Problemli kreditlərlə bağlı mühüm təklif

Ana səhifə İqtisadiyyat
12 Punto 14 Punto 16 Punto 18 Punto
Problemli kreditlərlə bağlı mühüm təklif

Bəzi banklar dollarla olan kreditləri manata çevirmək təşəbbüsü ilə çıxış etsələr də, əksər banklar buna getməkdə maraqlı deyillər. Çünki onların valyuta mövqeyi buna imkan vermir.

Axar.az xəbər verir ki, bu haqda iqtisadçı ekspert Samir Əliyev açıqlama verib. Ekspert dollar kreditlərinin manata konvertasiyası mexanizmlərindən biri kimi Mərkəzi Bankın nəzdində Problemli kreditlər üzrə Fondun yaradılması təklifini irəli sürüb:

"Fondun əsas məqsədi bankların kredit portfelinin yaxşılaşdırılmasını təmin etməkdir. Mərkəzi Bank Fondun kapitallaşması üçün manat vəsaiti ayırır. Fond da öz növbəsində kommersiya banklarına uzun müddətə (20 il), aşağı faizlə (illik 3%) depozit yerləşdirir. Həmin depozitlər dollar kreditlərinin yenidən maliyyələşdirilməsinə yönlədilir və dollar kreditlərinin manata konvertasiyasını təmin edirlər. Qazaxıstanda oxşar mexanizm ipoteka kreditlərinə münasibətdə tətbiq edilir. Eyni zamanda, depozitlərin dollarlaşma səviyyəsinin də aşağı salınması barədə addımlar atılmalıdır. Söhbət manatla qoyulan əmanətlərə MB tərəfindən məzənnə zəmanətinin verilməsindən gedir".

Tarix
2016.08.26 / 23:01
Müəllif
Aygün Yusibova
Digər xəbərlər

Ərdoğandan Anım Günü ilə bağlı paylaşım

Azərbaycanla qardaşlığımız daim var olsun - Duran

Dövlət və hökumət rəsmiləri Zəfər parkında - Foto

Tanınmış türk alim Azərbaycana hücuma görə üzr istədi

Gürcüstanla Azərbaycan arasında gərginlik... - Kobaxidze

Şəhidlərin xatirəsi bir dəqiqəlik sükutla yad edildi

Can Azərbaycana hücum edənlərə... - Hulusi Kılıçdan sərt sözlər

Prezident Anım Günü ilə bağlı videoçarx paylaşdı

Müdafiə naziri Zəfər abidəsini ziyarət etdi

Ordumuz hərb tarixinin ən şərəfli səhifəsini yazdı - Qafarov

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla