Axar.az
Yuxarı
Ana səhifə |     Manşetlər |     Arxiv |     Online ödəmə |     Mobil versiya
21 Noyabr 2019


ARDNŞ-dəki ixtisarlara departament rəhbərindən cavab

Ana səhifə İqtisadiyyat
12 Punto 14 Punto 16 Punto 18 Punto

ARDNŞ-in Baş ofisinin İnsan Resursları Departamentinin rəisi Asif Bəkirli işdən çıxarılan işçilərin kariyeralarını inkişaf etdirməyin yolları ilə bağlı məqalə yazıb. Həmin məqaləni təqdim edirik:

Məsuliyyətlə qeyd etməliyəm ki, ixtisası üzrə müvafiq bilik və səriştəyə malik olan hər bir Azərbaycan Respublikası vətəndaşı müəyyən vaxt çərçivəsində özünü qane edəcək səviyyədə işlə təmin olunma və karyerasını inkişaf etdirmək şansına malikdir.

Məlum olduğu kimi, hazırda ARDNŞ-də təşkilati idarəetmə strukturunun təkmilləşdirilməsi, beynəlxalq standartlara uyğunlaşdırılması, idarəetmə mexanizminin optimallaşdırılması məqsədilə struktur dəyişiklikləri həyata keçirilməkdədir. Bu islahataların həyata keçirilməsi prosesinin gedişində isə müəyyən sayda işçi heyətinin sərbəstləşməsi qaçılmazdır. Lakin ARDNŞ rəhbərliyinin bu struktur dəyişklikləri nəticəsində sərbəstləşəcək işçilərə münasibətdə mövqeyi peşəkarlıq, sosial qayğı, diqqət, ədalətlilik və şəffaflıq prinsipləri çərçivəsindədir.

Qeyd olunan prinsiplərin həyata keçirilməsi çərçivəsində "Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin bəzi qurumlarının ləğvi nəticəsində sərbəstləşən işçilərin sosial dayanıqlığının və məşğulluğunun təmin olunmasına dair Proqram" təsdiq edilərək icrasına başlanılmışdır.

Hal-hazırda sərbəstləşən işçilərin işlə təmin edilməsi məqsədilə ARDNŞ-yə kənardan işə qəbul məhdudlaşdırılmış və yaranan vakansiyalar ilk növbədə bu proqrama qoşulmuş işçilərin, bu mümkün olmadıqda isə ştatların ləğvi səbəbi ilə işdən azad edilmiş digər işçilərin hesabına komplektləşdirilməkdədir. Məhz bu ardıcıllıqla aparılan yerləşdirmələrdən sonra belə boş qalan iş yerləri vakansiya qismində elan edilməkdədir. Bununla yanaşı məsuliyyətlə qeyd etməliyəm ki, ixtisası üzrə müvafiq bilik və səriştəyə malik olan hər bir Azərbaycan Respublikası vətəndaşı müəyyən vaxt çərçivəsində özünü qane edəcək səviyyədə işlə təmin olunma və karyerasını inkişaf etdirmək şansına malikdir.

Yuxarıda izah edilənlərin sübutu kimi qeyd etmək olar ki, aparılmış struktur dəyişiklikləri Şirkətin Geofizika və geologiya İdarəsi üzrə 1475 nəfəri, Neft Kəmərləri İdarəsi üzrə 1022 nəfəri, Sosial İnkişaf İdarəsi üzrə 410 nəfəri, Qaz İxrac İdarəsi üzrə 208 nəfər, "Kompleks Qazma İşləri" tresti üzrə 3866 nəfəri və "Neftqaztiknti" tresti üzrə 289 nəfəri olmaqla ümumilikdə 7270 nəfər işçini əhatə etmişdir. Artıq Geofizika və geologiya İdarəsindən 1354 nəfər, Neft Kəmərləri İdarəsindən 975 nəfər, Sosial İnkişaf İdarəsindən 352 nəfər, Qaz İxrac İdarəsindən 208 nəfər, "Kompleks Qazma İşləri" trestindən 3279 nəfər və "Neftqaztiknti" trestindən 289 nəfər işçi, əvvəl işlədikləri müəssisələrin daxili imkanları hesabına işlə təmin edilmiş və yeni təşkilati idarəetmə strukturları bu işçilərin hesabına formalaşdırılmışdır ki, bunların da ümumi sayı 6457 nəfər təşkil edir. 533 nəfər işçi isə (Geofizika və geologiya İdarəsi üzrə 55 nəfər, Neft Kəmərləri İdarəsi üzrə 40 nəfər, Sosial İnkişaf İdarəsi üzrə 12 nəfər və "Kompleks Qazma İşləri" tresti üzrə 426 nəfər) ARDNŞ-nin Azərbaycan Neft-Qaz Sənayesi İşçiləri Həmkarlar İttifaqı Respublika Komitəsinin Əmr-Qərarı ilə onlara yaradılmış imkandan yararlanaraq əmək haqlarının 5 misli məbləğində müavinət almışdır. 108 nəfər işçi,o cümlədən Geofizika və geologiya İdarəsindən 23 nəfər, Neft Kəmərləri İdarəsindən 4 nəfər, Sosial İnkişaf İdarəsindən 4 nəfər və "Kompleks Qazma İşləri" trestindən 77 nəfər isə "Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin bəzi qurumlarının ləğvi nəticəsində sərbəstləşən işçilərin sosial dayanıqlığının və məşğulluğunun təmin olunmasına dair Proqram"a qoşulmuşdur. Geofizika və geologiya İdarəsindən 43 nəfər, Neft Kəmərləri İdarəsindən 3 nəfər, Sosial İnkişaf İdarəsindən 42 nəfər və "Kompleks Qazma İşləri" trestindən 84 nəfər olmaqla, cəmi 172 nəfər Proqrama qoşulmaqdan imtina edərək sərbəstləşmişdir.

Bu struktur dəyişikliklərindən biri də ARDNŞ-nin müvafiq əmrlərinə əsasən hazırda "Azəriqaz" İstehsalat Birliyinin tabeliyində hüquqi şəxs statusuna malik olmayan təşkilat kimi fəaliyyət göstərən rayon qaz istismarı sahələrinin yenidən təşkil edilərək onların bazasında Regional qaz istismarı İdarələrinin yaradılması tədbirləridir.

ARDNŞ-nin 17.07.2013-cü il tarixli "ARDNŞ qurumlarında struktur dəyişikliklərinin aparılması prosesinin tənzimlənməsi barədə" əmri ilə təsdiq edilmiş SOCARSS-003.2013 standart sənədinə əsasən struktur dəyişikliklərinin həyata keçirildiyi müəssisə və təşkilatları ilə birlikdə işçilərin əmək münasibətlərinin davam etdirilməsinin araşdırılması və bu istiqamətdə qüvvədə olan qanunvericiliyə, ARDNŞ-nin daxili normativ sənədlərinə və müvafiq müqavilə münasibətlərinə uyğun tədbirlərin həyata keçirilməsi ARDNŞ-nin Baş ofisinin İnsan Resursları Departamentinə həvalə edilmişdir.

Bununla bağlı olaraq, ilk növbədə Azərbaycan Respublikası Əmək Məcəlləsinin 79-cu maddəsi ilə əmək müqaviləsinin ləğv olunması qadağan olunan işçilər müəyyən edilərək mövcud vakansiyalar üzrə yerləşdiriləcəklər. Daha sonra, Azərbaycan Respublikası Əmək Məcəlləsinin 78-ci maddəsinin tələblərinin icrasını, yəni müvafiq hallarda işçilərin sayı azaldılarkən və ya ştatların ixtisarı həyata keçirilərkən müəyyən vəzifələr üzrə əmək funksiyasının icrası üçün tələb olunan ixtisasın (peşənin) və daha yüksək peşəkarlıq səviyyəsinə malik olan işçiləri işdə saxlanılmasını təmin etmək məqsədi ilə təsdiq edilmiş qrafik əsasında ARDNŞ-nin Baş Ofisinin İnsan Resursları Departamenti tərəfindən test imtahanları təşkil ediləcəkdir. Bundan sonra isə imtahan nəticəsində peşakarlıq səviyyəsi daha üstün (peşəkarlıq səviyyəsi eyni olduqda Azərbaycan Respublikası Əmək Məcəlləsinin 78-ci maddəsi ilə müəyyən edilmiş işçilərə üstünlük veriləcəkdir) olan işçilər mövcud vakansiyalar üzrə yerləşdiriləcəkdir. Digər işçilər isə sərbəstləşmiş işçilər qismində müəyyən ediləcəkdir.

Həyata keçirilən struktur dəyişiklikləri nəticəsində sərbəstləşən işçilərə "Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin bəzi qurumlarının ləğvi nəticəsində sərbəstləşən işçilərin sosial dayanıqlığının və məşğulluğunun təmin olunmasına dair Proqram"ına qoşulmaq (ARDNŞ prezidentinin müvafiq əmri olduğu təqdirdə) və yaxud orta aylıq əmək haqqının 5 (beş) misli məbləğində birdəfəlik kompensasiya ödənilməklə işdən azad olunmaq təklif olunur.

Qeyd olunan proqram vasitəsilə sərbəstləşən işçilərlə (pensiya yaşına çatmış şəxslər və ARDNŞ-nin digər proqramlarının iştirakçıları istisna olmaqla) daima iş aparılacaq və yeni iş yerləri ilə təmin olunması üçün davamlı tədbirlər görüləcəkdir. Belə ki, bu proqrama qoşulmuş sərbəstləşən işçilərə proqram dövründə (ən azı bir il müddətində) həmin işçinin orta aylıq əmək haqqının 50 %-i həcmində aylıq müavinətin ödənilməsi, könüllü tibbi sığorta üzrə təminatın tibbi sığorta müqaviləsinin tələblərinə uyğun saxlanılması, proqram iştirakçılarının işlə təmin edilməsi üçün iş yerlərinin axtarılması, ixtisasartırmaya ehtiyacı olan işçilərin müəyyən edilməsi və onlar üçün təlimlərin təşkil edilməsi kimi mühüm işlərin həyata keçirilməsi nəzərdə tutulmuşdur.

Əlavə olaraq qeyd etmək istərdim ki, ARDNŞ-də gələcəkdə də həyata keçirilən struktur dəyişiklikləri yuxarıda göstərilən qaydada aparılacaq və müəssisənin müvafiq mütəxəssislərinin, lazım gələrsə mətbuat və Qeyri Hökumət Təşkilatlarının nümayəndələrinin iştirakı ilə şəffalıq, obyektivlik, ədalətlilik prinsipləri çərçivəsində tənzimlənəcəkdir.

Tarix
2014.03.04 / 19:40
Müəllif
Axar.az
Şərhlər
Digər xəbərlər

Müflisləşən bank əmanəti vermir, krediti isə alır

Dolların bugünkü məzənnəsi

Mərkəzi Bank yeni məzənnəni açıqladı

"Brent" bahalaşdı, yüngül neft isə... - Son qiymət

Azərbaycan Rusiyadan taxıl idxalını 3 dəfə artırdı

Büdcəmizdə 840 milyon manat qalıq yarandı

Kapital Bank Naxçıvandakı filiallarını yeniləməyə davam edir

Dolların bugünkü məzənnəsi

Əliyev və Ərdoğan TANAP-ı işə salacaq

Neft bahalaşdı - Son qiymət

KULT
<>
Xəbər xətti
 
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla