Yuxarı

AMB-dən Mehdiyevin gəlininin bankı ilə bağlı mühüm - Qərar

Ana səhifə İqtisadiyyat
12 Punto 14 Punto 16 Punto 18 Punto
AMB-dən Mehdiyevin gəlininin bankı ilə bağlı mühüm - Qərar

Azərbaycan Mərkəzi Bankının (AMB) İdarə Heyətinin bu gün qəbul etdiyi qərarla, qanunvericiliyə müvafiq olaraq, "Bank BTB" ASC-nin müraciəti əsasında onun bank olmayan kredit təşkilatına (BOKT) çevrilməsi formasında yenidən təşkilinə qabaqcadan razılıq verilib.

Axar.az AMB-yə istinadən xəbər verir ki, bu çevrilmə istiqamətində zəruri tədbirlər "Bankların yenidən təşkili haqqında Qaydalar" ilə müəyyən edilmiş prosesə uyğun olaraq tənzimləyici qurumun nəzarəti altında həyata keçiriləcək.

Bu çərçivədə, "Bank BTB" ASC ilə aktivlərinin həcminə görə ölkənin ən iri bankı olan "Azərbaycan Beynəlxalq Bankı" ASC (ABB) arasında "Aktivlərin və passivlərin ötürülməsi haqqında müqavilə" imzalanıb. Bu müqaviləyə uyğun olaraq "Bank BTB"də müddətli və tələbli depozitləri olan fiziki və hüquqi şəxslərin razılığı ilə onların depozitlərinə qüvvədə olan şərtlər dəyişdirilmədən ABB-də xidmətin davam etdirilməsi, yaxud ABB tərəfindən onların depozitlərinin geri qaytarılması təmin olunacaq. Həmçinin, Bank "BTB"yə kredit borcu və ya digər öhdəlikləri olan müştərilərə qarşı tələb hüquqları ABB-yə ötürüləcək və ödənişlərin qəbulu ABB tərəfindən həyata keçiriləcək. Sözügedən məsələlərlə bağlı müştərilərə məlumatlar ABB və "Bank BTB" ASC tərəfindən müvafiq kommunikasiya kanalları vasitəsilə çatdırılacaq.

Beləliklə, Bank "BTB" ASC-nin yenidən təşkili bankın kreditorları, o cümlədən əmanətçiləri üçün heç bir təhdid yaratmır.

Bank "BTB" ASC-nin ölkənin bank sisteminin aktivlərində xüsusi çəkisi cəmi 0.6%, kredit portfelində 0.9%, sektorun öhdəliklərində isə 0.6% təşkil edir.

Xatırladaq ki, "Bank BTB" 2010-cu ildə yaradılıb. Onun nizamnamə kapitalı 71.45 milyon manatdır. Bankın səhmlərinin 76.74%-i Nigar Mehdiyevaya, 17.68%-i Rza Sadiqə (Müşahidə Şurasının sədri), 5.58%-i isə Tükəzban Mahmudovaya məxsusdur.

Qeyd edək ki, Nigar Mehdiyeva cinayət məsuliyyətinə cəlb olunan Prezident Administrasiyasının sabiq rəhbəri, Azərbaycan Milli Elmlər Akademiyasının sabiq prezidenti Ramiz Mehdiyevin gəlinidir.

Tarix
2026.03.06 / 15:12
Müəllif
Axar.az
Digər xəbərlər

Bayramov BMT TŞ-nin açıq debatında çıxış etdi

Ceyhun Bayramov kubalı həmkarı ilə görüşdü

Bayramov pakistanlı həmkarı ilə görüşdü

“Arvad”dan hürkən deputata ər cavabı

Vuçiçdən Əliyevə: Serbiya buna tam sadiqdir!

Azərbaycanın mövqeyini yüksək qiymətləndiririk

İsveçrə prezidenti Azərbaycan liderini təbrik etdi

İran və Azərbaycan daim bir-birinin yanındadır - Əliyev

TRİPP üzrə yekun saziş bu tarixdə imzalanacaq

Əsədov Mişustinlə telefon danışığı apardı

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla