Yuxarı

Val Strit: Neft hasilatı dondurulsa...

Ana səhifə İqtisadiyyat
12 Punto 14 Punto 16 Punto 18 Punto
Val Strit: Neft hasilatı dondurulsa...

Səudiyyə Ərəbistanı və Rusiya neftlə bağlı əməkdaşlıq sazişi imzalasalar da, hasilat limiti barədə konkret addım atılmır. Cəmi üç həftədən sonra Əlcəzairdə neft hasilatçılarının sammitində bu məsələ yenidən müzakirə olunacaq.

Axar.az xəbər verir ki, bu barədə "Val Strit Jurnal" qəzetinin neft qiymətləri barədə proqnozunda qeyd olunub.

Qəzet Çində G20 sammiti çərçivəsində əldə olunmuş razılaşmanı şərh edərək iki ən böyük neft hasilatçısının böyük təzyiq altında qaldığını bildirib:

"Neftin qiyməti düşür, ölkələr daxilindən və xaricdən bazarın möhkəmləndirilməsindən ötrü çağırışlar səslənir. Rusiya Prezidenti Vladimir Putin də hasilatı dondurmağın tərəfdarıdır. Lakin ortaya qəti öhdəliklər qoyulmadığından neft treyderləri və rəsmiləri bazar ertəsi paktının əhəmiyyətinə skeptik yanaşırlar. Axı Səudiyyə və Rusiya bu ilin əvvəlində də oxşar razılaşma əldə etdi, amma apreldə Qətərdə hər şey alt-üst oldu, səudiyyəlilər qəflətən israr etdilər ki, İran da sövdələşməyə qoşulsun.

Əlcəzair görüşü sentyabrın 26-da başlanacaq. Səudiyyə OPEK-də, Rusiya isə bu təşkilatdan kənarda ən böyük neft hasilatçısıdır.

Bazar ertəsi dünya bazarlarında neft qəfildən bahalaşıb. 1 barrel 5% yüksələrək 49.40 dollara çatıb. Amma Səudiyyənin energetika naziri Xalid Falih və onun rusiyalı həmkarı Aleksandr Novak açıqlama verən kimi qiymət yenidən düşdü. Çünki hər ikisi hasilatın dondurulması barədə bir-birinə zidd siqnallar verdilər.

Novak razılaşma əldə olunacağı təqdirdə hasilatın altı aylığa, həm də iyul, avqust və sentyabrdakı səviyyədə dondurulmasının tərəfdarıdır. O, İrana güzəştin vacib olduğunu deyib. OPEK üzvü olan İran isə Qərbin sanksiyaları qaldırılandan sonra hasilatı artırır.

Səudiyyəli nazir isə koordinasiyalı əməkdaşlıq təklif edib:

"Məsuliyyəti təkbaşına götürə bilmərik. Liderlik rolunu oynayaraq, digərlərinin qoşulmasına çalışacağıq. Əlcəzair görüşündə razılıq əldə ediləcəyini düşünürük".

İran isə Səudiyyə-Rusiya razılaşmasından asılı olmayaraq, hasilat hədəflərinə çatmağı planlaşdırır".

Qəzet Səudiyyə Ərəbistanı və Rusiyanın rekord həcmdə neft hasil etdiyini xatırladaraq, razılaşmanın mümkünsüz göründüyü qənaətindədir:

"Hər iki ölkə rekord həcmdə neft çıxarır. Amma Nigeriya, Venesuela kimi OPEK ölkələrini hasilatın azaldılmasına çağırırlar. Bu da sözügedən ölkələrdə iqtisadi çətinliklər, iğtişaşlar yarada bilər".

Tarix
2016.09.06 / 18:18
Müəllif
Hacı Qulu
Digər xəbərlər

Erməni rəqqas Bakıda “Stepanakert” dedi, cavabı… - Video

Düşmənin öhdəsindən gələ bilərik – Pezeşkian

Ərdoğana çağırış: 8 Noyabrda Bakıya gedərək...

Azərbaycanla sərhəddə raketlər yerləşdirildi - Foto

Türkiyə dərsliyində Azərbaycan şəhəri haqda bu ifadə... - Foto

Ərdoğan Azərbaycan səmasına daxil olan kimi elə bir jest etdi ki...

Paşinyan elan etdi: TRİPP-in icrasına başladıq

Paşinyan: Yeni Konstitusiya bizə sülh gətirəcəkmi?

Laçından Mehriyə keçmişdi: 1 noyabrdan Molodeçnodur

Türkiyədə İlham Əliyevin adından yayılan bu fikirlər...

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla