Yuxarı

SOCAR-ın 100 milyonluq istiqrazı qeydə alındı

Ana səhifə İqtisadiyyat
12 Punto 14 Punto 16 Punto 18 Punto
SOCAR-ın 100 milyonluq istiqrazı qeydə alındı

6 sentyabr 2016-cı il tarixində Azərbaycan Respublikasının Maliyyə Bazarlarına Nəzarət Palatası (MBNP) tərəfindən Dövlət Neft Şirkətinin (SOCAR) hər birinin nominal dəyəri 1000 ABŞ dolları olan 100 000 ədəd faizli, sənədsiz, təmin edilməmiş istiqrazların buraxılışı qeydiyyata alınıb və onların emissiya prospekti təsdiq edilib.

MBNP-dən Axar.az-a daxil olan məlumata görə, məcmu nominal dəyəri 100 000 000 ABŞ dolları olan istiqrazların tədavül müddəti 5 ildir və illik gəlirlik dərəcəsi 5%-dir. SOCAR-ın istiqrazlarına abunə yazılışı 20 sentyabr - 10 oktyabr 2016-cı il tarixlərində, istiqrazların yerləşdirilməsi isə Bakı Fond Birjasında 13-14 oktyabr 2016-cı il tarixlərində keçiriləcək.

MBNP-yə daxil olan çoxsaylı müraciətləri nəzərə alaraq bildiririk ki, kommunikasiya kampaniyası zamanı istifadə olunan vizual materiallar qiymətli kağız deyil və reklam məqsədilə istifadə olunur. Sənədsiz istiqrazların mülkiyyətçilərinin hesablarının uçotu Milli Depozit Mərkəzi tərəfindən aparılacaq.

Tarix
2016.09.09 / 16:49
Müəllif
Axar.az
Digər xəbərlər

Fürsət gözləyirdik, ermənilər hücuma keçdi - Politoloq

Tramp Sini “qeyri-adi” qarşıladı: Bu, nəyi dəyişdi?

Mehriban Əliyeva Anım Günü ilə bağlı paylaşım etdi

Təlimə gəlmişdik, müharibə başladı - Polkovnik

Ankaranın Bakıya qarşı hücuma susması razılıq əlamətidir?

Rəsmi Bakı Anım Günü ilə bağlı bəyanat yaydı

Bayramov ABŞ-da 37 görüş keçirdi, 17 sənəd imzaladı

İlham Əliyevin Anım Günü ilə bağlı paylaşımı

Türkiyədə Azərbaycanı düşmən sayanların sayı... - Nə baş verir?

Türk fenomen Azərbaycanı qınayanları susdurdu - Video

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla