Yuxarı

Azərbaycan əhalisinin 5%-i milyonçudur

Ana səhifə İqtisadiyyat
12 Punto 14 Punto 16 Punto 18 Punto
Azərbaycan əhalisinin 5%-i milyonçudur

Azərbaycanda əhalinin 15%-nin 100 min dollardan 1 milyon dollara kimi varidatı var.

Axar.az xəbər verir ki, bu barədə ekspert Nəriman Ağayev ölkə əhalisinin maddi-sosial durumunu şərh edərkən deyib.

Onun sözlərinə görə, ölkə əhalisinin 5%-nin var-dövləti 1 milyon dollardan çoxdur:

"Əhalinin 15%-nin 100 min dollardan 1 milyon dollara kimi varidatı var. Amma bura daşınmaz əmlak, avtomobil də aiddir. Evi olan şəxsi kasıb saymaq olmaz, çünki onun daşınmaz əmlakı satmaq, əldə edilən vəsaitlə yaşamaq və ya biznes yaratmaq imkanı var. Ölkənin 5% əhalisi 1 milyon dollardan yuxarı vəsaitə malikdir. 30% əhali isə 10 min dollardan 100 min dollar arasında varidat sahibidir. 10% əhali isə heç bir aktivə, hətta "ölü kapital"a belə malik deyil. Ölkədə əmanət kimi pula sahib olmayan vətəndaşların sayı artır, bu gün təxminən 3 milyon əməkqabiliyyətli insan və təqaüdçülər ancaq maaşla yaşayır".

"Exo" qəzetinə açıqlama verən ekspert Oqtay Haqverdiyev isə 4 nəfərlik ailənin 1000 manatlıq gəliri olduqda, bunun 15%-ni əmanət kimi saxlaya bildiyini deyib:

"Respondentlərin 39%-i yığdıqları əmanətləri saxlaya bilmədiklərini, "qara gün"ə saxladıqları əmanətləri xərclədiklərini bildirirlər".

Tarix
2016.09.10 / 13:49
Müəllif
Hacı Qulu
Digər xəbərlər

Fürsət gözləyirdik, ermənilər hücuma keçdi - Politoloq

Tramp Sini “qeyri-adi” qarşıladı: Bu, nəyi dəyişdi?

Mehriban Əliyeva Anım Günü ilə bağlı paylaşım etdi

Təlimə gəlmişdik, müharibə başladı - Polkovnik

Ankaranın Bakıya qarşı hücuma susması razılıq əlamətidir?

Rəsmi Bakı Anım Günü ilə bağlı bəyanat yaydı

Bayramov ABŞ-da 37 görüş keçirdi, 17 sənəd imzaladı

İlham Əliyevin Anım Günü ilə bağlı paylaşımı

Türkiyədə Azərbaycanı düşmən sayanların sayı... - Nə baş verir?

Türk fenomen Azərbaycanı qınayanları susdurdu - Video

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla