Maliyyə Bazarlarına Nəzarət
Palatasında (MBNP) Azərbaycanda fəaliyyət göstərən bankların
rəhbərləri ilə cinayət yolu ilə əldə edilmiş pul vəsaitlərinin və
ya digər əmlakın leqallaşdırılmasına və terrorçuluğun
maliyyələşdirilməsinə qarşı mübarizə mövzusunda görüş
keçirilib.
Palatadan Axar.az-a verilən məlumata görə, görüşdə "Cinayət yolu
ilə əldə edilmiş pul vəsaitlərinin və ya digər əmlakın
leqallaşdırılmasına və terrorçuluğun maliyyələşdirilməsinə qarşı
mübarizə haqqında" Azərbaycan Respublikası Qanununa uyğun olaraq,
hesabatlığın təmin edilməsi, bu sahədə tətbiq edilən daxili nəzarət
sistemlərinin daha da təkmilləşdirilməsi, komplayens
departamentlərinin fəaliyyətinin effektivliyinin artırılması və
digər əlaqədar məsələlər barədə müzakirələr aparılıb.
Görüşdə həmçinin Maliyyə Bazarlarına Nəzarət Palatasının Maliyyə
Monitorinqi Xidmətinin əməkdaşları tərəfindən illər üzrə hesabatlıq
statistikası, məlumatların keyfiyyəti barədə təfərrüatlı məlumat və
banklarla qarşılıqlı əməkdaşlığa dair məsələlər diqqətə çatdırılıb,
bu sahədə bankların müvafiq bölmələrinin işinin təşkili və daxili
nəzarət sisteminin tətbiqinə dair tövsiyələr verilib.