Yuxarı

Əmanətçilərə 252 milyon ödənildi

Ana səhifə İqtisadiyyat
12 Punto 14 Punto 16 Punto 18 Punto
Əmanətçilərə 252 milyon ödənildi

Əmanətlərin Sığortalanması Fondu tərəfindən 15 sentyabr 2016-cı il tarixdə Parabank ASC-nin qorunan əmanətçilərinə 30 milyon 268 min manat, Zaminbank ASC-nin qorunan əmanətçilərinə 43 milyon 995 min manat, Kredobank ASC-nin qorunan əmanətçilərinə 16 milyon 852 min manat və Dekabank ASC-nin qorunan əmanətçilərinə isə 2 milyon 763 min manatdan artıq kompensasiya ödənilib.

Fonddan Axar.az-a verilən məlumata görə, 4 bank üzrə ümumilikdə 93 milyon 878 min manatdan artıq kompensasiya ödənişi olunub.

15 sentyabr 2016-cı il tarixdə Atrabank ASC-nin qorunan əmanətçilərinə 12 milyon 176 min manat, Qafqaz İnkişaf Bankı ASC-nin qorunan əmanətçilərinə 1 milyon 527 min manatdan artıq kompensasiya ödənilmişdir. 2 bank üzrə ümumilikdə 13 milyon 703 min manatdan artıq kompensasiya ödənilib.

15 sentyabr 2016-cı il tarixdə Bank of Azerbaijan ASC-nin qorunan əmanətçilərinə 24 milyon 091 min, Gəncəbank ASC-nin qorunan əmanətçilərinə 925 min 721 manat, Texnikabank ASC-nin qorunan əmanətçilərinə isə 119 milyon 770 min manatdan artıq kompensasiya ödənilib. 3 bank üzrə ümumilikdə 144 milyon 786 min manatdan artıq kompensasiya ödənilib.

Ümumilikdə Fond tərəfindən 9 bank üzrə 252 milyon 367 min manatdan artıq kompensasiya ödənilib.

Tarix
2016.09.16 / 13:00
Müəllif
Axar.az
Digər xəbərlər

Rəsmi Bakı Anım Günü ilə bağlı bəyanat yaydı

Bayramov ABŞ-da 37 görüş keçirdi, 17 sənəd imzaladı

İlham Əliyevin Anım Günü ilə bağlı paylaşımı

Türkiyədə Azərbaycanı düşmən sayanların sayı... - Nə baş verir?

Türk fenomen Azərbaycanı qınayanları susdurdu - Video

İlham Əliyevin Formula-1-lə bağlı paylaşımı - Video

Keçmiş deputat vəzifədən azad edildi

Biz bu sistemə sadiq qalırıq - Ceyhun Bayramov

İlham Əliyev bu tədbirdə iştirak etdi - Video

İlham Əliyev Aleksandr Oşpelt ilə görüşdü

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla