"Deloitte & Touche LLC" şirkəti 2016-cı il üçün MDB
banklarının mobil əlavələrinin araşdırılması ilə bağlı nəticəni
açıqlayıb.
Axar.az xəbər verir ki, araşdırma nəticəsində Azərbaycan bank
sektorunda öz çoximkanlı və unikal xidmətləri ilə seçilən "Unibank
Mobile" MDB məkanında ən yaxşı mobil əlavələrdən biri hesab
olunub.
"Deloitte" şirkətinin bir sıra MDB ölkələrində yerləşən
ofislərində aparılan yerli mobil əlavələrinin ekspes analizi
nəticəsində, Azərbaycan bank sistemində ən qabaqcıl mobil banking
xidmətinin, məhz "Unibank"ın mobil banking sistemi olduğu qərarına
gəlinib.
Funksionallıq baxımından, "Unibank Mobile" Rusiyanın ilk
5-liyində gedən mobil banking sistemləri ilə eyni səviyyədə
qiymətləndirilib. Deloitte ekspertləri hesab edir ki, "Unibank
Mobile"ın interfeysi, funksionallığı və naviqasiyası, Rusiyanın ən
yaxşı mobil banking xidmətinə malik "Тинькофф Банк"la oxşardır.
Hətta müştərilərinə verdiyi xidmət imkanlarına görə "Tinkoff
Bank"dan üstünlukləri də var. Məsələn, tətbiq olunmuş sənədlərin
əslini təqdim etmədən hesab açarkən müştərinin müəyyənləşdirilməsi
(identifikasiya) imkanı "Unibank"ın mükəmməl bir mobil əlavəyə
malik olmasının göstəricisidi. Bu imkan Rusiya bazarında hələ
tətbiq olunmayıb.
"Deloitte"nin araşdırmasında vurğulanır ki, "Unibank Mobile"
Azərbaycanın mobil banking xidmətində imkanlarına və müştərilərin
istifadəsinə görə lider mövqedədir. Üstünlüklər sırasında bankın
filial və bankomatlarının marşrutunun göstərilməsi,
tranzaksiyaların statuslarına baxmaq imkanı, xüsusi təkliflərin
bildirişi üçün geolokasiyalardan istifadə, aylıq ödənişlərin
avtomatik həyata keçirilməsi üçün şablonunun yaradılması və digər
imkanlar vurğulanır.
Araşdırmada "Unibank Mobile"a qoşulmanın bir neçə üsulunun
olması, ödənişlərdə çox variantlılıq, bir çox məhsulların,
xidmətlərin banka getmədən sifarişi, istifadəsi üçün müştəriyə
seçim imkanlarının yaradılması və digər imkanlar bu mobil əlavənin
bazardakı digər banking xidmətlərindən üstünlüyü kimi qeyd
olunur.
Qeyd edək ki, "Unibank" ilk mərhələdə müştəri bazasının 25-30
faizinin mobil banking xidmətindən faydalanmasında maraqlıdır.
Hədəf "Unibank" müştərisinin banka gəlmədən, bütün bank məhsul
və xidmətlərinin 90-95 faizindən öz telefonunda istifadə etmək
imkanının yaradılmasıdır. Qoşulması çox asan olan "Unibank Mobile"
bankın müştərisinə təhlükəsiz, sürətli və rahat bank xidmətləri ilə
təmin edir.
Ətraflı məlumatı (012) 117 nömrəli telefondan, Bankın saytından
(www."Unibank".az ) və yaxud
feysbuk və tvitter səhifələrindən (www.facebook.com/"Unibank".az
, https://twitter.com/"Unibank")
əldə etmək olar.
"Unibank" - hər kəsin bankı!