Yuxarı

“Baksell”dən yeni layihə - Kvotter

Ana səhifə İqtisadiyyat
12 Punto 14 Punto 16 Punto 18 Punto
“Baksell”dən yeni layihə - Kvotter

"Baksell" şirkəti böyük məmnuniyyətlə "Applab" proqramının iştirakçısı olan "Kvotter" layihəsinin növbəti uğurunu elan edib.

Şirkətdən Axar.az-a verilən məlumata görə, "Kvotter" adlı tətbiqin beta versiyası Android platformalı cihazlar üçün istifadəyə verilib.

"Kvotter" - kitablardan sitat paylaşmaq üçün yeni mobil sosial şəbəkədir. "Kvotter" tətbiqini yükləyərək, hazırda oxuduğunuz kitabdan bəyəndiyiniz sitatın şəklini çəkərək, tətbiq vasitəsilə şəkildəki yazını mətnə çevirərək, yazıçı və kitab adını qeyd etməklə həm yaddaşda saxlaya, həm də dostlarınızla paylaşa bilərsiniz. Bundan əlavə, dostlarınızın nə oxuduqlarını və hansı sitatları paylaşdıqlarını görə və bəyənə bilərsiniz. "Kvotter" applikasiyasını yükləmək üçün bu keçiddən istifadə etmək olar https://play.google.com/store/apps/details?id=az.kvotter&hl=ru

"Kvotter" layihəsi haqqında əlavə məlumat üçün keçid: https://www.facebook.com/kvotter/videos/1734110983480573/

Qeyd edək ki, bir müddət öncə Applab iştirakçılarının "Telefonica Open Future" proqramının startaplar üçün akselerasiya proqramı olan Wayra UK şirkətinə təqdim ediyi 11 layihədən 4-ü xüsusi maraqla qarşılanaraq növbəti seçim prosesindən müvəffəqiyyətlə keçib. Kvotter də bu uğurlu layihələr sırasındadır. Son seçim mərhələsindən uğurla keçmiş layihələrə 70.000 ingilis funt sterlinqi məbləğində investisiya yatırılacaq. Bu investisiya bərabər şəkildə xidmətlərin təşkili və inkişaf məqsədlərinə yönəldilir. "Baksell" və "Wayra UK" şirkətləri arasında əməkdaşlıq əlaqələri 2015-ci ilin sonlarında qurulub. Bu əməkdaşlığın əsas məqsədi Azərbaycandan olan developerlərin startap layihələrini inkişaf etdirmək və onlara beynəlxalq bazara çıxış imkanı yaratmaqdır.

Azərbaycanın İlk Mobil Operatoru və Aparıcı Mobil İnternet Provayderi "Baksell" şirkəti müasir mobil kommunikasiya xidmətləri istifadəçilərinə geniş çeşiddə məhsullar təklif edir. "Baksell", Sür@ ticarət nişanı adı altında öz abunəçilərinə ən mükəmməl 3G və 4G mobil internet xidməti göstərir.

5300-dən artıq baza stansiyası sayəsində "Baksell" şəbəkəsi əhalinin 99%-ni, ölkə ərazisinin isə 93% -ni (işğal olunmuş ərazilər istisna olmaqla) əhatə edir. İnnovasiyalar sahəsində lider olan "Baksell" şirkəti öz Sür@ xidməti və yeni əməkdaşlıqlar vasitəsilə Azərbaycan xalqını ən yüksək səviyyəli mobil internet xidmətləri ilə təmin edir. "Baksell"in 3G xidməti Azərbaycanın bütün regionlarında mövcud olmaqla əhalinin 93%-ni əhatə edir.

"Baksell" və onun məhsul və xidmətləri haqqında ətraflı məlumat əldə etmək üçün, xahiş edirik, www."Baksell".com internet səhifəsinə daxil olun və ya 555-ə zəng edin. Press-relizlərlə tanış olmaq üçün www.Baksell.com/az/news (və ya İngilis dili üçün www."Baksell".com/en/news) səhifəsinə daxil olun.

Qeyri-"Baksell" abunəçiləri isə 055 0000 555 nömrəsinə zəng etməklə "Baksell"in xidmətləri haqqında məlumat əldə edə bilərlər.

Tarix
2016.09.21 / 18:40
Müəllif
Axar.az
Digər xəbərlər

Prezident Qurbanova babasının fədakarlığından danışdı

Prezident otağındakı heykəllə bağlı maraqlı faktı açıqladı - Foto

Erməni mediası Misir Mərdanovdan yazdı

Bakıdan qatarla Zəngəzur üzərindən Naxçıvana, oradan Türkiyəyə...

Hərbçilərə şad xəbər: Maaş artımı gözlənilir

Milli Məclisin növbəti iclası başladı

Britaniyanın Azərbaycana investisiyası nə qədərdir?

Kiberməkanda təhlükə böyüyür - DİN-dən mühüm çağırış

Bayramov İshaq Darla ABŞ-İran razılaşmasını müzakirə etdi

Azərbaycan və İran arasında mühüm müzakirə...

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla