Yuxarı

Rövnəq Abdullayev Çiprasla görüşdü

Ana səhifə İqtisadiyyat
12 Punto 14 Punto 16 Punto 18 Punto
Rövnəq Abdullayev Çiprasla görüşdü

SOCAR prezidenti Rövnəq Abdullayevin rəhbərlik etdiyi nümayəndə heyətinin Yunanıstan Baş naziri Aleksis Çiprasla görüşü başa çatıb.

Bunu APA-ya açıqlamasında Azərbaycanın Yunanıstandakı səfiri Rəhman Mustafayev bildirib.

Onun sözlərinə görə, bir saatdan çox davam edən görüş gərgin, lakin səmimi atmosferdə keçib.

"Cənab Çipras bildirib ki, Azərbaycan və Yunanıstan iki tərədaş ölkədir, SOCAR isə rəsmi Afina tərəfindən strateji tərəfdaş kimi qəbul olunur", - deyə diplomat bildirib.

Səfir əlavə edib ki, görüşün yekununda SOCAR tərəfindən DESFA-nın özəlləşdirilməsi ilə bağlı işçi qrupunun yaradılması barədə qərar qəbul olunub: "İşçi qrupuna Azərbaycan tərəfindən SOCAR-ın vitse-prezidenti Elşad Nəsirov, Yunanıstan tərəfindən isə baş nazirin aparıcı iqtisadi müşaviri Dmitrios Lyakos rəhbərlik edəcək. İşçi qrupu İtaliyanın "Snam" və Avropa Komissiyası ilə sıx əlaqədə çalışacaq. İşçi qrupu bir ay ərzində DESFA-nın özəlləşdirilməsi ilə bağlı çıxış yolunu axtaracaq. Beləliklə, zəmanət məktubunun müddəti oktyabrın 31-dək uzadılıb".

Tarix
2016.09.27 / 19:40
Müəllif
Axar.az
Digər xəbərlər

Rəsmi Bakı Anım Günü ilə bağlı bəyanat yaydı

Bayramov ABŞ-da 37 görüş keçirdi, 17 sənəd imzaladı

İlham Əliyevin Anım Günü ilə bağlı paylaşımı

Türkiyədə Azərbaycanı düşmən sayanların sayı... - Nə baş verir?

Türk fenomen Azərbaycanı qınayanları susdurdu - Video

İlham Əliyevin Formula-1-lə bağlı paylaşımı - Video

Keçmiş deputat vəzifədən azad edildi

Biz bu sistemə sadiq qalırıq - Ceyhun Bayramov

İlham Əliyev bu tədbirdə iştirak etdi - Video

İlham Əliyev Aleksandr Oşpelt ilə görüşdü

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla