Yuxarı

Azərbaycan bu reytinqdə MDB-də birincidir

Ana səhifə İqtisadiyyat
12 Punto 14 Punto 16 Punto 18 Punto
Azərbaycan bu reytinqdə MDB-də birincidir

Ümumdünya İqtisadi Forumunun 2016-2017-ci illər üzrə qlobal rəqabət qabiliyyətlilik hesabatında 138 ölkə arasında Azərbaycan 40-cı pillədən 38-ci pilləyə yüksəldilib.

 

Axar.az xəbər verir ki, Ümumdünya İqtisadi Forumu ölkələrin reytinqini müəyyənləşdirən zaman üç subindeksdən istifadə edir ki, bura "əsas tələblər", "səmərəlilik" və "innovasiya faktorları" daxildir.

 

Hesabata əsasən, Azərbaycan 2015-ci ildə olduğu kimi MDB dövlətləri, türkdilli ölkələr və BRİCS ölkələri (Çin Xalq Respublikası istisna olmaqla) arasında ən rəqabətli iqtisadiyyat kimi qiymətləndirilib. 2016-2017-ci illər üzrə qlobal rəqabət qabiliyyətlilik hesabatına istinadən qeyd edilir ki, dünya bazarlarında neft qiymətlərinin azalması fonunda neft ixracatçısı ölkəsi sayılan Azərbaycan və Rusiya Federasiyasının makroiqtisadi mühitində çətinliklər yaransa da, aparılan islahatlar nəticəsində sahibkarlıq mühitində və ticarətdə effektivliyin artırılması hər iki ölkənin iqtisadiyyatına müsbət təsir edib. Habelə, biznes mühiti üçün zərərli faktor sayılan korrupsiyaya qarşı mübarizədə Ümumdünya İqtisadi Forumu Azərbaycanın fəaliyyətini yüksək qiymətləndirib.

 

Subindikatorların tərkibinə əsasən, Azərbaycan Respublikasında sahibkarlığa başlamaq üçün prosedurlara görə 3-cü, sahibkarlığa başlamaq üçün tələb olunan vaxta görə 9-cu, qadınların əmək bazarında fəaliyyətinə görə 18-ci, makroiqtisadi mühitə görə 39-cu, investorların təhlükəsizliyi baxımından 36-cı, əhali arasında internetdən istifadəyə görə 33-cü, innovasiya fəaliyyətinə görə 44-cü və dövlət borcuna əsasən 41-ci yerdə qərarlaşıb.

Tarix
2016.09.28 / 21:29
Müəllif
Axar.az
Digər xəbərlər

Ankara və Bakını münaqişəyə cəlb etməyə çalışırlar

Qlobal enerji qiymətlərində kəskin artım: Azərbaycana təsiri...

Bayramov səudiyyəli nazirlə regionu müzakirə etdi

İslamın yanlış təqdim edilməsi... - XİN

Türkiyə və Azərbaycan diplomatları Suriyada görüşdülər

Kürd qruplaşmaları azərbaycanlılara çağırış etdilər

Azərbaycan AB-nin xüsusi diqqətinə layiqdir - Leterm

Qasım Süleymani Qarabağda şəbəkə qurmuşdu - Ağabekyan

ABŞ-ın İrana qarşı 2 planı alınmadı - C planı işə düşdü

İran raketlərlə hücum etdi: azərbaycanlılar da yaralandı

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla