Yuxarı

Bankların sayı azalmalıdır, ancaq... - Ekspert

Ana səhifə İqtisadiyyat
12 Punto 14 Punto 16 Punto 18 Punto

Təəssüf ki, neft bumu dövründə dayanıqlı olmayan banklar da bu sektora daxil oldular və bu, nəticə etibarilə proseslərə mənfi təsir göstərdi.

Bu sözləri Axar.az-a açıqlamasında iqtisadçı alim Vüqar Bayramov deyib. Ekspert bildirib ki, əslində, bankların bağlanması gözlənilən idi:

"Bundan öncə də əvvəlki illərdə bankların bağlanması təhlükəsinin olduğunu qeyd etmişdim. Həmin dövrdə Azərbaycanda 43 bank fəaliyyət göstərirdi. Bu rəqəm Azərbaycan iqtisadiyyatının miqyası ilə müqayisədə yüksək, say etibarilə çox idi. O baxımdan bankların sayının azalması vacib idi. Ancaq təbii ki, biz bankların müflis olaraq sayının azalmasında yox, birləşməsində maraqlı idik. Təəssüf ki, neft bumu dövründə dayanıqlı olmayan banklar bu sektora daxil oldular və bu, nəticə etibarilə proseslərə mənfi təsir göstərdi. Neft bumu başa çatdıqdan sonra biz bankların müflis olmasını müşahidə etdik".

V.Bayramovun sözlərinə görə, son aylar ərzində 11 bank bağlanıb və hazırda 32 bank qalıb: "Ancaq güman olunur ki, azalmalar davam edəcək".

İqtisadçı bildirib ki, "Bank Standard"ın müflis olması əslində, əmanətçilərin böyük bir qismi üçün məqbul idi:

"Çünki praktik olaraq "Bank Standart" vəsaitləri geri qaytarmırdı, vətəndaşlar aylarla növbələrə dururdu. Bu bank artıq müflis olub və Əmanətlərin Sığortalanması Fondunun (ƏSF) öhdəliyinə keçib. Fond isə vəsaitləri geri qaytarmalıdır. Problem ondandır ki, bankda olan 520 milyon manat əmanətdən sığortalanan 450 milyon manat əmanət geri qaytarılacaq, sığortalanmayan 70 milyon əmanətin geri qaytarılması isə praktik olaraq mümkün deyil".

Ekspert hazırkı prosesdə müflisləşmənin aradan qaldırılması və bankları birləşməyə sövq edən təkliflər də səsləndirib:

"Bankların müflis olması likvidliyi və onlara inamı azaldır. Ona görə də proses müflisləşmə yolu ilə deyil, birləşmə yolu ilə davam edərsə, nəticə etibarilə itirən olmaz. Bunun üçün isə stimullaşdırıcı tədbirlər həyata keçirilə bilər. Söhbət xüsusən birləşən banklara vergi güzəştlərinin tətbiq edilməsi, kredit resurslarına çıxış imkanlarının artırılması, güzəştli kreditlərin verilməsindən gedir ki, bu tədbirlər bankların müflisləşməsinin qarşısını alaraq onları birləşməyə təşviq edə bilər".

Qeyd edək ki, sentyabrın 30-da Bank Standard, bu gün isə Zaminbank ASC-nin lisenziyası ləğv edilib.

Tarix
2016.10.05 / 09:37
Müəllif
Aygün Yusibova
Şərhlər
Digər xəbərlər

Ceyhun Bayramov İƏT sammitində çıxış etdi

İƏT-dən azərbaycanlıların Ermənistana qayıdışına dəstək

Azərbaycan və Somali qarşılıqlı əməkdaşlığı müzakirə etdi

İsa Qəmbərin seçilən gün Əliyev etirafı və mesajı…

Qərb Tiflisə hücuma keçib: Səbəb nədir?

Bayramov Fidanla nələri müzakirə etdi?

İrəvan və Bakı arasında sülhə kömək etmək... – Abayev

XİN-dən NATO açıqlaması: Bu əlamətdar hadisə...

Azərbaycanla sərhəd kənddən İrəvana yürüş başladı - Video

NATO rəsmisindən Azərbaycanla bağlı açıqlama

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla