Yuxarı

Azərbaycanla Niderland memorandum imzaladı

Ana səhifə İqtisadiyyat
12 Punto 14 Punto 16 Punto 18 Punto
Azərbaycanla Niderland memorandum imzaladı

Azərbaycan Meyvə-Tərəvəz İstehsalçıları və İxracatçıları Assosiasiyası (AMTA) və Azərbaycan–Niderland İşgüzar Mərkəzi (Business Hub) arasında anlaşma memorandumu imzalanıb.

AMTA-dan Axar.az-a bildiriblər ki, memorandumun məqsədi elmi əsaslara dayanan ölkədə aqrar sektorun inkişafı, birgə layihələr və proqramların həyata keçirilməsidir. Bu əməkdaşlıq çərçivəsində Niderlandın qabaqcıl aqrar inkişaf modellərinin öyrənilməsi və Azərbaycanda tətbiqi istiqamətlərinin araşdırılması, Azərbaycan və Niderland işgüzar və sahibkarlararası əlaqələrin genişləndirilməsi və Azərbaycana investisiyaların cəlb olunması, Niderlandın kənd təsərrüfatının inkişafında kooperativ model təcrübəsinin öyrənilməsi və Azərbaycanda müvafiq ilk kooperativin yaradılması üzrə işlərin görülməsi planlaşdırılır.

Azərbaycan-Niderland İşgüzar Mərkəzin ölkə əlaqələndiricisi Tariyel Mirzəyev iştirakçılara mərkəzin yaranması və məqsədləri haqqında qısa məlumat verərək AMTA ilə bağlanacaq bu anlaşma memorandumun ölkənin aqrar sektorunun inkişafına öz töhfəsini verəcəyini qeyd edib.

Azərbaycan Meyvə-Tərəvəz İstehsalçıları və İxracatçıları Assosiasiyasının sədri Bəşir Quliyev son illər ölkədə aparılan uğurlu və məqsədyönlü aqrar siyasətdən danışaraq, bu islahatların yerli məhsul istehsalçı və ixracatçılarına əlavə güc və həvəs yaratdığını bildirib. Niderlandın tətbiq etdiyi məşhur aqrar inkişaf modeli ilə yaxından tanış olduğunu qeyd edən B.Quliyev bu modelin Azərbaycanın kənd təsərrüfatı sektoru üçün əhəmiyyətindən danışıb. Diqqətə çatdırıb ki, praktiki təcrübələrin öyrənilməsi istiqamətində aparılan işlər yerli meyvə-tərəvəz sektorunda istehsal və ixrac potensialının daha da artmasına gətirib çıxaracaq.

Niderland Krallığının ölkəmizdəki səfiri Onno Kervers memorandumun real və praktiki işgüzar əlaqələr üçün ən yaxşı bir nümunə olduğunu deyib. O.Kervers kənd təsərrüfatı naziri Heydər Əsədovun iki həftə sonra Niderlanda gözlənilən səfəri və bu anlaşma memorandumunun ölkələrimiz arasında işgüzar mühitin genişlənməsinə müsbət töhfə verəcəyinə inandığını vurğulayıb.

Tarix
2016.10.12 / 19:37
Müəllif
Axar.az
Digər xəbərlər

Putinin Əliyevə zəngi... – Kreml şərh etdi

Tacikistandakı səfirimiz də geri çağırıldı - Yeni təyinat

Prezident Qazaxıstandakı səfirimizi geri çağırdı - Yeni təyinat

Hindistandakı səfirimiz geri çağırıldı - Yeni təyinat

Mirziyayevdən Bakıya xüsusi jest: Cəmi 4 gün sonra... - Foto

Prezident Ukrayna ilə bağlı bu qanunu təsdiqlədi

Vladimir Putin İlham Əliyevə zəng etdi

XİN-dən Zaxarovanın fikirlərinə reaksiya: Son qoyulmalıdır!

Tramp onun Bakıya səfərini paylaşdı - Foto

KTMT Qarabağ münaqişəsinə müdaxilə edə bilməzdi

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla