Yuxarı

Əmanətçilərə 286 milyon verildi

Ana səhifə İqtisadiyyat
12 Punto 14 Punto 16 Punto 18 Punto
Əmanətçilərə 286 milyon verildi

Əmanətlərin Sığortalanması Fondu oktyabrın 12-də lisenziyası ləğv olunan 10 bankın qorunan əmanətçilərinə ödənilən kompensasiyanın həcmini açıqlayıb.

Fonddan Axar.az-a verilən məlumata görə, Parabank ASC-nin qorunan əmanətçilərinə 32,803 mln. manat, Zaminbank ASC-nin qorunan əmanətçilərinə 50,853 mln. manat, Kredobank ASC-nin qorunan əmanətçilərinə 17,977 mln. manat, Dekabank ASC-nin qorunan əmanətçilərinə isə 2,849 mln. manatdan artıq kompensasiya ödənilib. Dörd bank üzrə ümumilikdə 104,484 mln. manatdan artıq kompensasiya ödənişi həyata keçirilib.

Bu gün Atrabank ASC-nin qorunan əmanətçilərinə 13,839 mln. manat, Qafqaz İnkişaf Bankı ASC-nin qorunan əmanətçilərinə 1,846 mln. manatdan artıq kompensasiya verilib. İki bank üzrə ümumilikdə 15,685 mln. manatdan artıq kompensasiya ödənilib.

Bank of Azerbaijan ASC-nin qorunan əmanətçilərinə 24,091 mln. manat, Gəncəbank ASC-nin qorunan əmanətçilərinə 955,721 min manat, Texnikabank ASC-nin qorunan əmanətçilərinə isə 119,977 mln. manatdan artıq kompensasiya ödənilib. Üç bank üzrə ümumilikdə 145,024 mln. manatdan artıq kompensasiya verilib.

Bu gün Bank Standard QSC-nin qorunan əmanətçilərinə 20,452 miln. manatdan artıq kompensasiya ödənilib.

Ümumilikdə Fond tərəfindən 10 bank üzrə 285,647 mln. min manatdan artıq kompensasiya ödənilib.

Tarix
2016.10.13 / 00:14
Müəllif
Axar.az
Digər xəbərlər

Putinin Əliyevə zəngi... – Kreml şərh etdi

Tacikistandakı səfirimiz də geri çağırıldı - Yeni təyinat

Prezident Qazaxıstandakı səfirimizi geri çağırdı - Yeni təyinat

Hindistandakı səfirimiz geri çağırıldı - Yeni təyinat

Mirziyayevdən Bakıya xüsusi jest: Cəmi 4 gün sonra... - Foto

Prezident Ukrayna ilə bağlı bu qanunu təsdiqlədi

Vladimir Putin İlham Əliyevə zəng etdi

XİN-dən Zaxarovanın fikirlərinə reaksiya: Son qoyulmalıdır!

Tramp onun Bakıya səfərini paylaşdı - Foto

KTMT Qarabağ münaqişəsinə müdaxilə edə bilməzdi

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla