Yuxarı

Dollar zəifləyir

Ana səhifə İqtisadiyyat
12 Punto 14 Punto 16 Punto 18 Punto

Bugünkü ticarət sessiyasında dolların indeksi zəifləməkdədir.

APA xəbər verir ki, treyderlər dünya birjalarında baş verən 24 saatlıq təlatümdən sonra stabillik axtarışındadırlar. Yeri gəlmişkən, sutkalıq təlatüm riskli aktivlərin kütləvi satışı ilə müşahidə olunub. Səbəb isə aydındır - Donald Trampın ABŞ-da keçirilən prezident seçkilərində qələbə qazanması.

Dolların Yaponiya yeninə qarşı məzənnəsi 0,35% zəifləyərək 105,28 yenə çatıb. Sessiya ərzində bu göstərici 104,99 səviyyəsinədək enib. Ötən gün isə ABŞ-ın milli valyutası hətta 101,19 yenədək ucuzlaşıb. D. Trampın qələbəsi təhlükəsiz aktiv sayılan Yaponiya yenini daha cazibədar edib.

ABŞ-ın 10 illik xəzinədarlıq istiqrazlarının gəlirliliyi 2,064%-dən 1,995%-dək enib.

Ötən gün sentyabr ayının 8-də qeydə alınan maksimumu yeniləyərək 1,1299 səviyyəsində qərarlaşan avro ardınca 1,0902 dollaradək geriləyib. Bugünkü ticarət sessiyasında Avrozonanın vahid valyutası 0,3% möhkəmlənərək 1,0942 dollara çatıb.

Dolların indeksi 0,09% zəifləyərək 98,42 səviyyəsində qərarlaşıb.

Tarix
2016.11.10 / 12:34
Müəllif
Axar.az
Şərhlər
Digər xəbərlər

Ceyhun Bayramov İƏT sammitində çıxış etdi

İƏT-dən azərbaycanlıların Ermənistana qayıdışına dəstək

Azərbaycan və Somali qarşılıqlı əməkdaşlığı müzakirə etdi

İsa Qəmbərin seçilən gün Əliyev etirafı və mesajı…

Qərb Tiflisə hücuma keçib: Səbəb nədir?

Bayramov Fidanla nələri müzakirə etdi?

İrəvan və Bakı arasında sülhə kömək etmək... – Abayev

XİN-dən NATO açıqlaması: Bu əlamətdar hadisə...

Azərbaycanla sərhəd kənddən İrəvana yürüş başladı - Video

NATO rəsmisindən Azərbaycanla bağlı açıqlama

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla