Yuxarı

Heydər Əliyevin imzası olan telefonlar saxta çıxdı

Ana səhifə İqtisadiyyat
12 Punto 14 Punto 16 Punto 18 Punto
Heydər Əliyevin imzası olan telefonlar saxta çıxdı

Nüfuzlu "Gold & Co." şirkətinin baş icraçı direktoru Amjad Ali yerli mediada Azərbaycan üçün Heydər Əliyevin imzasını daşıyan qızıl "Ayfon"ların hazırlanması barədə məlumatları təkzib edib, bu telefonların saxta olduğunu bildirib.

Amjad Ali deyib ki, Gold&Co. qızıl suyuna çəkilmiş mobil telefonlar və "Aypad"lar üzrə ən böyük şirkət olduğuna görə, bir çox istehsalçı bu telefonların saxta versiyalarını buraxır.

Son günlərdə yerli mediada Heydər Əliyevin imzasını daşıyan qızıl Ayfonun şəkli yayılıb, bu telefonların azərbaycanlı oliqarxlar üçün hazırlandığı deyilir. Telefonların arxasında "Golden & Co London" loqotipini görmək olar. Cənab Ali-nin şirkətinin istehsal etdiyi telefonların üzərində isə oxşar şriftlə "Gold & Co London" yazılıb. Cənab Ali bunu saxta Louis Vuitton mallarının hər yerdə satılması ilə müqayisə edib.

Onun sözlərinə görə, Çində bəzi şirkətlər Gold & Co London şirkətinə məxsus dizaynla bu telefonların saxta versiyasını hazırlayır və "onları bizim özümüzə satmağa cəhd edirlər".

O, qeyd edib ki, kiminsə imzasını daşıyan yeganə telefon, bir məhşur kanadalı müğənni üçün olub.

"Telefonlarımızın qiyməti 5000 dollardan başlayır, 130 000 dollara qədərdir. Telefonlarımızı yalnız zərgərlər və ya bahalı dükanlar vasitəsilə satırıq, mobil telefon dükanlarında yox"

"spacenews.az" saytının məlumatına görə, H.Əliyevin qızı Sevil Əliyeva bu telefonların hazırlanmasına etiraz edib və qadağa qoyduğunu deyib.

"Azərbaycan üçün ən mühüm, ən taleyüklü sənədlərdə olan, ölkənin xilaskarı və qurucusu dahi Heydər Əliyevin imzasının kiminsə cibində və ya çantasında gəzdirdiyi məişət əşyalarının üzərində olmasını böyük günah hesab edirəm. Mən Heydər Əliyevin qızı kimi belə xoşəgəlməz hallara kəskin etiraz edir və qadağa qoyuram", xanım Əliyevadan sitat gətirilir.

Şirkət direktoru "Gold & Co." şirkətinə xanım Əliyevadan heç bir etiraz daxil olmadığını deyib.

Qeyd edək ki, Heydər Əliyevin imzasından istifadə edərək "Ayfon" telefonlarını baha qiymətə satmaq istəyən işbazlarla bağlı araşdırma aparılır (BBC Azərbaycan).

Tarix
2014.03.19 / 11:49
Müəllif
Axar.az
Digər xəbərlər

Bakı 3 ölkə ilə ittifaq qurmuşdu: Biz bacardıq, digərləri...

Bakı və İrəvan arasında tarixi razılaşma - Papoyan açıqladı

Azərbaycanın qeyri-neft-qaz ixracı bu qədər artdı

İrandan İrəvana uçuşlar ləğv edildi

Rusiya mediasında Azərbaycana qarşı saxta məlumat yayıldı

Vensin Bakıya səfər proqramına nələr daxildir?

Azərbaycan Ukraynaya növbəti humanitar yardım göndərdi

Məhkəmədən Əli Kərimli ilə bağlı qərar

Yaralı etirazçıları müalicə edən ərdəbilli həbs edildi

Ceyhun Bayramov Çinə yola düşdü

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla