Yuxarı

“Bu dəfə neft şirkətlərini heç nə xilas etməyəcək...”

Ana səhifə İqtisadiyyat
12 Punto 14 Punto 16 Punto 18 Punto
“Bu dəfə neft şirkətlərini heç nə xilas etməyəcək...”

Xarici investorlar aktiv şəkildə Rusiya şirkətlərinin səhmlərindən imtina edirlər.

Axar.az “Finanz.ru”ya istinadən xəbər verir ki, buna səbəb neft bazarında artan risklər, ABŞ-la münasibətlərin normallaşmasına ümidin ölməsi olub. Müştərilər fevral ayında Rusiyaya böyük investisiyalar yatırılan Amerikanın ETF birja fondundan 110 milyon dolları geri çəkiblər. Bununla da onlar ilin əvvəlindən olan investisiyalarını iki dəfə azaldıblar. ETF-nin proqnozlarına görə, mart ayında da axın davam edəcək. Fond təkcə bu ayın ilk həftəsində 12 milyon dollardan məhrum olub.

Rusiyalı ekspert Georgi Vaşenko da rubl aktivlərindən pul axınının inkişaf etmiş bazarlara yönəldiyini bildirib:

“Rubl aktivlərindən pul axını inkişaf etmiş bazarlara, o cümlədən Amerikaya yönəlir. Bu işdə Federal Ehtiyat Sisteminin uçot dərəcəsini artırması və dolların güclənməsi ehtimalı da böyük rol oynayır. Rubl aktivlərindən və şirkətlərin səhmlərindən qaçmaq bundan sonra da davam edəcək. Bu dəfə neft şirkətlərinin aksiyalarını ixracatdan olan gəlirlərin dollar üzərində formalaşması da xilas etməyəcək”.

Tarix
2017.03.07 / 13:50
Müəllif
İlkin Həsənov
Digər xəbərlər

Qardaşlığımıza dinamit qoymaq istəyənlər... - Ərdoğan

Azərbaycanda bu ölkənin səfirliyi açıla bilər

Bakıda kriminal söhbət və qətl: Niyə DTX əməliyyat keçirdi?

Azərbaycanın nüvə silahlarının ləğvi ilə bağlı mövqeyi...

Bu şəxslərin maaşları müəyyənləşdi

Azərbaycanla Vatikan arasında mühüm sənəd imzalandı

Dövlət müəssisələri ilə bağlı vacib qərar

İlham Əliyev Nuveyslə görüşü ilə bağlı video paylaşdı

Bayramov Şeyx Əhmədlə Bakı sammitini müzakirə etdi

Ramil Həsən Baxçalı ilə görüşdü - Foto

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla