Yuxarı

Bu qərar neft qiymətlərini artırır - "Fitç"

Ana səhifə İqtisadiyyat
12 Punto 14 Punto 16 Punto 18 Punto

"Fitç" reytinq agentliyi Neft İxrac edən Ölkələr Təşkilatının (OPEK) hasilatın azaldılması qərarının uzadılmasının neft qiymətlərini dəstəkləyəcəyini bildirib.

Report-un verdiyi xəbərə görə, açıqlamada hasilatın azaldılması qərarının 2018-cı il mart ayının sonuna qədər uzadılmasının dünyada xam neft ehtiyatlarının azalmasına yardım edəcəyini bildirilib. Bundan başqa, "Fitç" dünyada xam neft ehtiyatlarının gələn il təkrar arta biləcəyi ilə bağlı xəbərdarlıq da edib.

Açıqlamada gələn il OPEK-in hasilatın azaldılması qərarının yenidən uzadılmaması, dünya miqyasında yeni neft layihələrinin fəaliyyətə başlaması və ABŞ-da neft hasilatının artması ilə ehtiyatın arta biləcəyi qeyd olunub.

Dünya miqyasında ehtiyatların azalmaması və neft qiymətlərinin yüksəlməməsi vəziyyətində OPEK-in hasilat səviyyəsini azaltma qərarını uzatmamağa üstünlük verə biləcəyinə diqqət çəkən açıqlamada "OPEK anlaşmadan əvvəlki hasilat səviyyəsinə qayıdaraq bazar payını itirməməyi istəyə və üzv ölkələr də hasilat miqdarını artıraraq gəlirlərini çoxaltmağı seçə bilərlər" qeyd edilib.

"Fitç" agentliyi "Brent" neftinin qiymətinin qısa müddətdə 50-55 dollar/barrel aralığında qalacağını, uzun müddətdə isə 65 dollar/barrel səviyyəsinə yülsələcəyini proqnozlaşdırır.

Tarix
2017.05.27 / 15:13
Müəllif
Axar.az
Şərhlər
Digər xəbərlər

Ceyhun Bayramov İƏT sammitində çıxış etdi

İƏT-dən azərbaycanlıların Ermənistana qayıdışına dəstək

Azərbaycan və Somali qarşılıqlı əməkdaşlığı müzakirə etdi

İsa Qəmbərin seçilən gün Əliyev etirafı və mesajı…

Qərb Tiflisə hücuma keçib: Səbəb nədir?

Bayramov Fidanla nələri müzakirə etdi?

İrəvan və Bakı arasında sülhə kömək etmək... – Abayev

XİN-dən NATO açıqlaması: Bu əlamətdar hadisə...

Azərbaycanla sərhəd kənddən İrəvana yürüş başladı - Video

NATO rəsmisindən Azərbaycanla bağlı açıqlama

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla