Yuxarı

“Azərsell” Karyera Sərgisində iştirak etdi - Foto

Ana səhifə İqtisadiyyat
12 Punto 14 Punto 16 Punto 18 Punto

“Azərsell” Telekom növbəti dəfə Karyera Sərgisində iştirak edib.

Şirkətdən Axar.az-a verilən məlumata görə, bu dəfə mayın 27-də Azərbaycan Dövlət Neft və Sənaye Universitetində (ADNSU) II Məzun-Karyera Sərgisi keçirilib. Sərgidə 56 şirkət 500-ə yaxın tələbə və məzunun iştirak edib.

Şirkət nümayəndələri “Azərsell”ə işə qəbul olmaq istəyən məzunlar üçün informasiya sessiyaları təşkil ediblər və şirkətdə mövcud olan vakansiyalar barədə sərgi iştirakçılarını məlumatlandırıblar. İşə qəbul şöbəsinin əməkdaşları “Azərsell”ə işə qəbul və şirkətin elan etdiyi Tələbə Təqaüdü və Təcrübə proqramları haqqında məlumat veriblər, eyni zamanda məzunları maraqlandıran sualları cavablandırıblar. Tələbələr mövcud əmək bazarında onların ixtisaslarına olan tələbat barədə məlumat əldə etmək, işəgötürənlərlə ilkin əlaqələr qurmaq, işəgötürənlər isə öz növbəsində potensial kadrların seçimini aparmaq imkanı qazanıblar.

Tədbirin keçirilməsində məqsəd öz bacarıq və biliklərinə uyğun iş axtaran gənclərə məsləhətlər vermək, onlara gələcək karyeralarını qurmaqda yardım etməkdir. Qeyd edək ki, “Azərsell” Telekom daim istedadlı gənclərə bu istiqamətdə dəstək olur. Son illər ərzində mütəmadi olaraq “Azərsell”in təşəbbüsü ilə şirkət tərəfindən Karyera Günləri təşkil edilir. Hər il baş tutan bu cür tədbirlər zamanı şirkətdə işləmək istəyən istedadlı gənclərlə görüşlər keçirilir, “Azərsell”in fəaliyyəti, iş prinsipləri barədə ətraflı məlumat verilir.

Məlumat üçün bildirək ki, “Azərsell” ötən il Azərbaycan Dövlət Neft və Sənaye Universiteti ilə əməkdaşlıq haqqında memorandumu imzalayıb. Bu memoranduma əsasən tərəflər arasında elmi-texniki və tədris sahəsində təcrübə mübadiləsi aparılır, əməkdaşların ixtisas səviyyələrinin artırılması məqsədilə kurslar təşkil olunur. Eyni zamanda əməkdaşlıq şəraitində universitetin elmi-texniki və tədris bazası inkişaf etdirilir, “Azərsell” tərəfindən həyata keçirilən Tələbə Təcrübə Proqramı çərçivəsində proqrama müraciət etmiş və müvafiq tələblərə cavab verən, “Azərsell” tərəfindən seçilmiş tələbələr üçün təcrübələr təşkil olunur.

Tarix
2017.05.30 / 15:33
Müəllif
Axar.az
Şərhlər
Digər xəbərlər

Paşinyan: Orda sərhədçi dursa, 8-ci gün…

Rabitəbank ABŞ bankı ilə işbirliyini müzakirə etdi - Foto

Ermənistan arxivindən şok sənəd: Başkənd kimin ərazisidir? - Foto

Azərbaycan bu ölkəyə əlavə enerji resursları göndərə bilər

Türkiyə NATO qərarını verdi: Onu dəstəkləyəcək!

Astananın Bayramov-Mirzoyan görüşü haqda bəyanatı…

Azərbaycanla Çin arasında memorandum müzakirəsi

Əgər Vardanyan bu siyahıya daxil edilibsə... - Qonçarenko

Kupman Azərbaycana gəlir

Qusev etimadnaməsini Azərbaycan XİN-ə təqdim etdi

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla