Yuxarı

İstanbulda 22-ci Dünya Neft Konqresi işə başladı

Ana səhifə İqtisadiyyat
12 Punto 14 Punto 16 Punto 18 Punto
İstanbulda 22-ci Dünya Neft Konqresi işə başladı

Türkiyə Prezidenti Administrasiyasının himayədarlığı ilə iyulun 9-da İstanbulda 22-ci Dünya Neft Konqresi işə başlayıb.

Axar.az xəbər verir ki, dövlət və hökumət nümayəndələrinin, eləcə də dünyanın aparıcı neft və qaz şirkətlərinin rəhbərlərinin iştirakı ilə keçirilən konqresdə Azərbaycan da təmsil olunur.

Konqresin rəsmi açılışında Türkiyə Respublikasının energetika və təbii sərvətlər naziri Berat Albayrak, ABŞ-ın dövlət katibi Reks Tillerson və digərlərinin çıxışları dinlənilib.

Çıxışlarda Dünya Neft Konqresinin əhəmiyyətindən danışılıb, Türkiyədə keçirilən 22-ci konqresin yüksək peşəkarlıqla təşkil olunduğu vurğulanıb. Qeyd olunub ki, müasir dövrdə Türkiyə enerji üçün açar ölkə rolunu oynayır.

Türkiyənin ilk dəfə ev sahibliyi etdiyi konqresdə neft-qaz yataqlarına aid kəşfiyyat işləri, karbohidrogen ehtiyatların emalı, hazır məhsulların daşınması, onların alıcılara təhlükəsiz çatdırılması və digər məsələlər ətrafında müzakirələr aparılacaq.

Qeyd edək ki, 1933-cü ildə Londonda təsis edilən Dünya Neft Konqresi 70 ölkəni özündə birləşdirir. Bu konqres ötən dövrdə dünyada enerji təhlükəsizliyinin təmin olunmasına böyük töhfələr verib.

Konqres iyulun 13-dək davam edəcəkdir.

Tarix
2017.07.09 / 23:35
Müəllif
Axar.az
Digər xəbərlər

İlham Əliyev Böyük Britaniyaya buna görə təşəkkür etdi

İlham Əliyev Britaniya səfirini qəbul etdi - Foto

Rusiya səfiri XİN-ə çağırıldı - Etiraz

Marian Neakşu Qarabağa səfərə dəvət olundu - Foto

Üç Rusiya vətəndaşı axtarışa verildi - Baş Prokurorluq

Azərbaycan XİN Qabonu təbrik etdi

Azərbaycanda türk kanalları niyə göstərmir? - Nazir açıqladı

General rütbəsi alan sərhədçilər... - Dosye

Prezidentə “İrpen şəhərinin fəxri vətəndaşı” vəsiqəsi təqdim edildi

İlham Əliyev Yuşenko ilə görüşdü - Foto

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla