Yuxarı

Azərbaycanlılar Türkiyədə 9 milyon manat xərclədi

Ana səhifə İqtisadiyyat
12 Punto 14 Punto 16 Punto 18 Punto

Cari ildə əcnəbilərin Türkiyədə etdiyi alış-verişin həcmi açıqlanıb.

APA xəbər verir ki, məlumatları "Global Blue Türkiye" şirkəti təqdim edib.

Şirkətin baş direktoru Selim Şeyhun bildirib ki, siyahının ilk pilləsində Səudiyyə Ərəbistanı qərarlaşıb. Belə ki, Səudiyyə Ərəbistanı vətəndaşları hesabat dövründə Türkiyədə 45,3 mln. lirəlik alış-veriş edib. İkinci yerdə Küveyt (35,3 mln. lirə), üçüncü yerdə İran (33,2 mln. lirə), dördüncü yerdə Çin (23,6 mln. lirə) qərarlaşıb.

İlk beşliyi Azərbaycan qapayır: Belə ki, Azərbaycan vətəndaşları bu ilin ilk yarısında qardaş ölkədə 18,7 mln. lirə (9 mln. manat) xərcləyib. "Ölkəmizə səfər edən Azərbaycan vətəndaşları orta hesabla 2165 lirə (1044 manat) məbləğində xərc çəkib", - deyə şirkət rəhbəri qeyd edib.

Bundan başqa, Azərbaycan vətəndaşları Türkiyədə ən çox saat və qızıl-zinət əşyaları alanların sırasındadır. Ümumi alışların 6%-i məhz Azərbaycan vətəndaşlarının payına düşür.

Tarix
2017.07.24 / 18:43
Müəllif
Axar.az
Şərhlər
Digər xəbərlər

Ceyhun Bayramov İƏT sammitində çıxış etdi

İƏT-dən azərbaycanlıların Ermənistana qayıdışına dəstək

Azərbaycan və Somali qarşılıqlı əməkdaşlığı müzakirə etdi

İsa Qəmbərin seçilən gün Əliyev etirafı və mesajı…

Qərb Tiflisə hücuma keçib: Səbəb nədir?

Bayramov Fidanla nələri müzakirə etdi?

İrəvan və Bakı arasında sülhə kömək etmək... – Abayev

XİN-dən NATO açıqlaması: Bu əlamətdar hadisə...

Azərbaycanla sərhəd kənddən İrəvana yürüş başladı - Video

NATO rəsmisindən Azərbaycanla bağlı açıqlama

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla