Yuxarı

Azərbaycan və Gürcüstan gömrükçülərinin görüşü keçirildi

Ana səhifə İqtisadiyyat
12 Punto 14 Punto 16 Punto 18 Punto
Azərbaycan və Gürcüstan gömrükçülərinin görüşü keçirildi

Dövlət Gömrük Komitəsinin (DGK) Tovuz Gömrük İdarəsinin Gürcüstanla sərhəddə yerləşən "Sadıxlı" gömrük postunda Azərbaycan və Gürcüstan gömrük və sərhəd xidmətləri nümayəndə heyətlərinin görüşü keçirilib.

DGK-dan Axar.az-a verilən məlumat məlumata görə, görüşdə Azərbaycan nümayəndə heyətinə DGK sədrinin müavini Şahin Bağırov, Gürcüstan nümayəndə heyətinə isə bu ölkənin Maliyyə Nazirliyinin Gəlirlər Xidməti rəisinin müavini Vaxtanq Laşkaradze rəhbərlik edib.

Görüşün əsas mövzusu isə bir müddətdir müzakirə edilən Azərbaycan tərəfdə "Sadıxlı", Gürcüstan tərəfdə isə "Mtıkvari" sərhəd-gömrük keçid məntəqələrinin əsaslı şəkildə yenidən qurulması və ya yeni gömrük postlarının inşa edilərək istifadəyə verilməsi olub. Tərəflər bu mövzu ilə bağlı əvvəlki görüşlərdə səsləndirilən fikirləri təkrar gözdən keçirib və yeni təkliflərlə çıxış ediblər.

Qeyd edək ki, qarşılıqlı razılaşma əldə edildikdən və hər iki tərəfdə aparılacaq əsaslı tikinti və yenidənqurma işlərindən sonra sərhəd-gömrük keçid məntəqələrinin potensialı artırılacaq, bu da iki ölkə arasında sərnişin və yükdaşımalarla yanaşı, regionun tranzit imkanlarının da xeyli artmasına şərait yaradacaq.

Tarix
2017.07.27 / 10:25
Müəllif
Axar.az
Digər xəbərlər

Britaniya səfiri də Azərbaycanı təbrik etdi

Ukrayna səfiri Azərbaycanı təbrik etdi

Ərdoğandan Azərbaycanla bağlı paylaşım

Dudayevin həyat yoldaşı Azərbaycanı təbrik etdi

Türkiyə MN də Azərbaycanı təbrik etdi

Azərbaycanla bağlı manipulyasiya... - Bəyanat

MHP Azərbaycanı təbrik etdi

Azərbaycan, Türkiyə və daha 3 türk ölkəsi razılığa gəldi

Türkiyədən Azərbaycana dəstək aksiyası - Foto

Türkiyə XİN Azərbaycanı təbrik etdi

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla