Yuxarı

ABŞ-ın tədqiqat mərkəzi: "Azərbaycan özünü sübut edib"

Ana səhifə İqtisadiyyat
12 Punto 14 Punto 16 Punto 18 Punto

Azərbaycan böyük məsuliyyətin öhdəsindən gələrək özünü etibarlı tərəfdaş kimi sübut edib. Beynəlxalq neft şirkətlərinin Azərbaycana olan davamlı etimadı da məhz bununla bağlıdır.

Axar.az xəbər verir ki, bu fikirlər Vaşinqtonun müstəqil qeyri-kommersiya tədqiqat mərkəzi “Caspian Policy Center”in hazırladığı “Azəri”, “Çıraq” və “Günəşli” yataqları üzrə yeni Sazişə dair məqalədə yer alıb.

Məqalədə deyilir ki, ilk neft müqaviləsi imzalananda Azərbaycan dövlət müstəqilliyini təzə bərpa etmişdi. Gənc ölkənin üzləşdiyi çətinliklərə baxmayaraq, Azərbaycan böyük məsuliyyətin öhdəsindən gəldi, özünü etibarlı tərəfdaş kimi sübut etdi.

“Caspian Policy Center”, həmçinin Xəzər dənizinin Azərbaycan sektorunda “Azəri”, “Çıraq” yataqlarının və “Günəşli” yatağının dərinlikdə yerləşən hissəsinin birgə işlənməsi və neft hasilatının pay bölgüsü haqqında düzəliş edilmiş və yenidən tərtib olunmuş Sazişin imzalanmasından yazıb. Məqalədə sentyabrın 14-də Sazişin Prezident İlham Əliyev və yüksək səviyyəli hökumət, eləcə də dövlət rəsmilərinin iştirakı ilə Bakıda imzalandığı diqqətə çatdırılıb.

Tarix
2017.09.20 / 19:51
Müəllif
Axar.az
Şərhlər
Digər xəbərlər

Ceyhun Bayramov İƏT sammitində çıxış etdi

İƏT-dən azərbaycanlıların Ermənistana qayıdışına dəstək

Azərbaycan və Somali qarşılıqlı əməkdaşlığı müzakirə etdi

İsa Qəmbərin seçilən gün Əliyev etirafı və mesajı…

Qərb Tiflisə hücuma keçib: Səbəb nədir?

Bayramov Fidanla nələri müzakirə etdi?

İrəvan və Bakı arasında sülhə kömək etmək... – Abayev

XİN-dən NATO açıqlaması: Bu əlamətdar hadisə...

Azərbaycanla sərhəd kənddən İrəvana yürüş başladı - Video

NATO rəsmisindən Azərbaycanla bağlı açıqlama

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla