Yuxarı

Qoyun yununa yeni rüsum tətbiq edilir

Ana səhifə İqtisadiyyat
12 Punto 14 Punto 16 Punto 18 Punto

Gələn il yanvarın 1-dən Azərbaycana idxal edilən kardo və daraqla daranmaya məruz qalmamış zərif heyvan tükünə tətbiq edilən gömrük rüsumu ləğv olunacaq.

APA-nın məlumatına görə, bu, Nazirlər Kabinetinin təsdiq etdiyi “Azərbaycan Respublikasının xarici iqtisadi fəaliyyətin mal nomenklaturası, idxal gömrük rüsumlarının dərəcələri və ixrac gömrük rüsumlarının dərəcələri”ndə əksini tapıb.

Hazırda qüvvədə olan “Azərbaycan Respublikasının ərazisinə gətirilən mallar üzrə gömrük idxal rüsumlarının dərəcələri”nə əsasən hazırda kəşmir keçiləri, anqara kroliki, alpaqa, lama, vikunya, dəvə, anqora, tibet və ya oxşar cinsli keçilər, dovşan, qunduz, nutriya və ondatranın tükünün idxalına 0,50 faiz idxal gömrük rüsumu tətbiq edilib. Gələn il yanvarım 1-dən bu zərif heyvan tükləri idxal gömrük rüsumundan azad ediləcək. Kardo və ya daraqla daranmaya məruz qalmış zərif heyvan tüklərinə gəlincə, kəşmir keçilərinin tükü üçün tətbiq edilən 15 faiz idxal gömrük rüsumu 15 faizdən 5 faizə endirilib. Digər zərif heyvan tüklərinə tətbiq edilən 0,50 faiz idxal gömrük rüsumu isə ləğv olunub. Tərkibində 85 kütlə % və ya daha çox yun və zərif heyvan tükü olan pərakəndə satış üçün qablaşdırılmamış aparatla əyrilmiş yun ipliyə tətbiq edilən 0,50 faiz idxal gömrük rüsumu da gələn ildən ləğv olunur.

Gələn il yanvarın 1-dən kardo və daraqla daranmaya məruz qalmamış, o cümlədən daranmaya məruz qalmış qaba heyvan tükünə tətbiq edilən 15 faiz idxal gömrük rüsumu 5 faizə endiriləcək. Yundan və ya zərif və ya qaba heyvan tükündən didilmiş xammala tətbiq edilən idxal gömrük rüsumu 3 faizdən 5 faizə, qaldırılacaq.

Kardo və daraqla daranmaya məruz qalmamış qoyun yunu, o cümlədən pərakəndə satış üçün qablaşdırılmış yun ipliyi və ya zərif heyvan tükü ipliyinə (tərkibində 85 kütlə % və ya daha çox yun və ya zərif heyvan tükü olan) tətbiq edilən 15 faiz idxal gömrük rüsumu qüvvədə saxlanılıb. Tərkibində 85 kütlə % və ya daha çox yun olan pərakəndə satış üçün qablaşdırılmamış aparatla əyrilmiş yun ipliyə tətbiq edilən 15 faiz idxal gömrük rüsumu da qüvvədə qalıb. Aparatla əyrilmiş yun ipliyindən və ya aparatda əyrilmiş zərif heyvan tükü ipliyindən parçalara tətbiq edilən 15 faiz idxal gömrük rüsumu isə gələn ildən hər 1 kvadratmetr üçün hesablanacaq.

Tarix
2017.12.10 / 13:52
Müəllif
Axar.az
Şərhlər
Digər xəbərlər

Ceyhun Bayramov İƏT sammitində çıxış etdi

İƏT-dən azərbaycanlıların Ermənistana qayıdışına dəstək

Azərbaycan və Somali qarşılıqlı əməkdaşlığı müzakirə etdi

İsa Qəmbərin seçilən gün Əliyev etirafı və mesajı…

Qərb Tiflisə hücuma keçib: Səbəb nədir?

Bayramov Fidanla nələri müzakirə etdi?

İrəvan və Bakı arasında sülhə kömək etmək... – Abayev

XİN-dən NATO açıqlaması: Bu əlamətdar hadisə...

Azərbaycanla sərhəd kənddən İrəvana yürüş başladı - Video

NATO rəsmisindən Azərbaycanla bağlı açıqlama

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla