Yuxarı

Gələcək bu valyutanın olacaq - Ekspert

Ana səhifə İqtisadiyyat
12 Punto 14 Punto 16 Punto 18 Punto

2018-ci ilin geridə qalan günləri kriptovalyutalar üçün heç də uğurlu olmadı.

Axar.az xəbər verir ki, bu haqda iqtisadçı alim Vüqar Bayramov yazıb. Ekspert bitkoinin son bir ayda 41 faiz, bu ilin son 10 günündə isə 34 faiz dəyər itirdiyini bildirib:

“Cənubi Koreyanın bitkoinləri ilə əməliyyatları qadağan etmək istəyi virtual valyutanın mövqeyini ciddi şəkildə silkələdi. Bitkoinlə yanaşı, digər əksər kriptovalyutaların da dəyərində azalmalar müşahidə edilir. Bu arada, əksər beynəlxalq maliyyə qurumları ilə yanaşı, bir sıra Avropa Birliyi ölkələrindən də kriptovalyutalarla bağlı ehtiyatlı açıqlamalar gəldi. Bitkoindəki köpüklər partlayırmı?”

Ekspert bildirib ki, əslində, öncədən əksər beynəlxalq qurumlar bitkoinin qiymətinin 8 min dolları keçəcəyi halda köpüklərin yaranacağını proqnozlaşdırmışdı:

“Aydındır ki, əksər mərkəzi bankların xoşlamadığı virtual valyutaların qlobal bazarda özlərinə yer tapması asan deyil və bu, zaman tələb edəcək. Blokçeyn üzrə əməliyyatlar ənənəvi bankçılığa tələbi azaldır. Sadəcə, bu kontekstdən də hələlik nə əksər mərkəzi banklar, nə də kommersiya bankları virtual valyutaları xoş qarşılayırlar”.

İqtisadçı vurğulayıb ki, kriptovalyutaların gələcək taleyi birbaşa aparıcı dövlətlərin onlara münasibətindən asılı olacaq:

“Aparıcı ölkələr bitkoinlərin istifadə dairəsini məhdudlaşdırmaqda davam edərlərsə, o zaman yeni qiymət azalmaları qaçılmazdır. Amma əgər ABŞ bitkoinləri dəstəkləyərsə, o zaman kriptovalyutalar “ayaqda dura” bilərlər. Bütün hallarda isə gələcək virtual valyutaların olacaq”.

Tarix
2018.01.17 / 14:50
Müəllif
Aygün Yusibova
Şərhlər
Digər xəbərlər

Paşinyan işarə etdi: Bakıya gəlir?

NATO rəsmisi Kostanyanla sərhədi müzakirə etdi

Slovakiya baş nazirinin Azərbaycana səfəri başa çatdı

Robert Fiko Şəhidlər xiyabanını ziyarət etdi

Prezidentin Fiko ilə geniş tərkibdə görüşü başa çatdı

Bolqarıstan prezidenti Azərbaycana gəldi

Əliyevlə Fiko mətbuata bəyanatlarla çıxış etdi

Robert Fikonun şərəfinə rəsmi nahar verildi

Əsədov Qəhrəmanmaraşda: Tapşırıqlar verdi - Foto

Paşinyan: Bakı ilə bu tarixdə sülh bağlayacağıq - Təcili

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla