Yuxarı

BTQ xüsusi əhəmiyyətə malikdir - Ankara forumu

Ana səhifə İqtisadiyyat
12 Punto 14 Punto 16 Punto 18 Punto

Fevralın 22-də “Regional əməkdaşlığın müvəffəqiyyət örnəyi: Bakı-Tbilisi-Qars dəmir yolu” mövzusunda Beynəlxalq Ankara Forumu keçirilib.

Axar.az xəbər verir ki, Azərbaycanın Türkiyədəki səfirliyi və bu ölkədə fəaliyyət göstərən Avrasiya İqtisadi Əlaqələr Dərnəyi (EkoAvrasya) tərəfindən birgə təşkil olunan Forumda Azərbaycan, Gürcüstan və Çinin Ankaradakı səfirləri, deputatlar, tanınmış alimlər, QHT və KİV təmsilçiləri iştirak ediblər.

Əvvəlcə Bakı-Tbilisi-Qars dəmir yolunun fəaliyyəti ilə bağlı videoçarx nümayiş etdirilib.

Mərasimin açılışında EkoAvrasya-nın İdarə Heyətinin sədri Hikmət Eren, Azərbaycanın Ankaradakı səfiri Xəzər İbrahim, Türkiyə nəqliyyat, dənizçilik və rabitə nazirinin müavini Yüksel Coşkun Yürek və başqaları çıxış ediblər. Çıxışçılar əhəmiyyətinə görə qlobal səciyyə daşıyan, iki qitəni polad magistrallarla birləşdirən Bakı-Tbilisi-Qars dəmir yolu layihəsinin böyük sosial-iqtisadi səmərəyə zəmin yaratdığını qeyd ediblər. Bu layihənin həyata keçirilməsinin iqtisadi səmərəliliyi, qatarların sürətli hərəkətinin əhəmiyyəti qeyd edilib, təhlükəsizlik və etibarlılıq baxımından böyük önəm kəsb etdiyi bildirilib.

Forumun birinci hissəsi “Türkiyə-Azərbaycan-Gürcüstan üçtərəfli əməkdaşlığının konkret nümunəsi: Bakı-Tbilisi-Qars dəmir yolu” mövzusunda davam edib.

Azərbaycan Milli Məclisinin deputatı Aydın Hüseynov, Türkiyə Böyük Millət Məclisinin Türkiyə-Azərbaycan parlamentlərarası dostluq qrupunun rəhbəri Necdet Ünüvar, TBMM-in üzvü Səlahaddin Beyribey, Kapadokya Universitetinin rektoru Həsən Əli Karasar və digərləri mövzu ətrafında fikirlərini bildiriblər. Çıxışlarda Bakı-Tbilisi-Qars dəmir yolunun perspektivləri təhlil olunub. Bildirilib ki, Avropaya inteqrasiya proseslərini sürətləndirən Bakı-Tbilisi-Ceyhan və Bakı-Tiflis-Ərzurum layihələrindən sonra Türkiyə, Azərbaycan və Gürcüstan arasında reallaşdırılmış üçüncü böyük layihə, XXI əsrin əsas İpək Yolu adını qazanan Bakı-Tbilisi-Qars dəmir yolu layihəsi təkcə üç xalq, üç ölkə deyil, həmçinin onlarla xalq və ölkə arasında körpü rolunu oynayır. Bu layihə hazırda regional əməkdaşlığın ən əhəmiyyətli göstəricilərindən biri kimi qiymətləndirilir.

Tarix
2018.02.22 / 21:41
Müəllif
Aygün Yusibova
Şərhlər
Digər xəbərlər

Sülhün imzalanmasına tezliklə nail olmaq üçün... - Peskov

Sonuncu sülhməramlı Qarabağı nə zaman tərk edəcək?

Aksiyaya qoşulan hərbçilər müraciət yaydı: Bağışlayın!

Erməni hərbçilər aksiyaçılara qoşuldu - Nikola qarşı qiyam?

Kral da Bakıya dəvət olundu

BƏM-də Bakının İrəvana qarşı iddiası: dinləmələr başa çatdı

Əliyev nə istəsə, verəcəm… - Paşinyan təəccübləndirib?

Leyen Bakıya dəvət olundu

Qafqazda sülh Avrasiya üçün təhlükəsizlik məsələsidir

Bakının bu ərazisi plana düşdü: söküləcək

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla