Yuxarı

"Albalı Plus" kuboku başa çatır

Ana səhifə İqtisadiyyat
12 Punto 14 Punto 16 Punto 18 Punto
"Albalı Plus" kuboku başa çatır

"Unibank"ın "Albalı Plus" kuboku uğrunda futbol çempionatı başa çatır.

Bankdan Axar.az-a verilən məlumata görə, bu günlərdə kubokun sahibləri məlum olacaq.

Bank əməkdaşlarının və bankın 10-dan artıq partnyor komandasının qatıldığı həyəcan dolu oyunlarda 30-dan çox komanda "Albalı Plus" kuboku uğrunda gərgin mübarizə aparıb.

Avqustun 3-də "Abu Arena" İdman Kompleksində keçirilən final oyunlarında qalib komandalar müəyyənləşəcək. Partnyor şirkətlərin və müştərilərin də qatılacağı kubok qaliblərinin təntənəli mükafatlandırılması mərasiminin iştirakçılarını sürprizlər gözləyir.

Qeyd edək ki, "Albalı Plus" kuboku uğrunda futbol çempionatında 10-dan artıq şirkətin komandası iştirak edib: Mərkəzi Bank, MilliKart, Sinteks, Koton, Araz Marketləri, Favorit Market, Integral, World Telecom, BOA, ABC Telecom (Kontakt) və Flexi Kredit. Çempionat olimpiya sistemi, yəni "uduzan çıxdı" qaydası ilə keçirilib. Oyunlar AFFA hakimləri tərəfindən idarə olunur. Qalib gələn komandaları kubok və medallarla yanaşı, pul mükafatı gözləyir. Çempionatın ən çox qol vurmuş oyunçusuna və ən yaxşı qapıçısına da xüsusi hədiyyə təqdim olunacaq.

Hər birinizi 3 avqust saat 19:00-da başlayacaq həyəcan dolu final oyunlarını izləməyə və qalib komandaların möhtəşəm mükafatlandırma mərasiminə dəvət edirik.

Tarix
2014.08.02 / 09:35
Müəllif
Axar.az
Digər xəbərlər

Laçından Mehriyə keçmişdi: 1 noyabrdan Molodeçnodur

Türkiyədə İlham Əliyevin adından yayılan bu fikirlər...

Ermənistanda Nəsimi haqda müəmma: nəyi gizlədirlər?

Nazirlər Milli Məclisə toplanır

Naxçıvana hücum olur, Türkiyədə Bakı ittiham edilir...

Öcalan azadlığa çıxdı - Sensasiya

Prezidentin həftəlik fəaliyyəti ilə bağlı icmal - Video

Cənubi Qafqazda sülh onlara da fayda gətirməlidir

“Yeni Yalta”: 3 lider dünyanı bölməyə toplanır?

Trampdan İlham Əliyevə xüsusi dəvət - Təcili

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla