Bu ilin yanvar-oktyabr ayları ərzində Azərbaycan 147
ölkə ilə 28 mlrd. 798 mln. 625 min dollar məbləğində ticarət
əməliyyatı aparıb.
"Axar.az" Dövlət Gömrük Komitəsinə istinadən
xəbər verir ki, ticarət dövriyyəsinin 22 mlrd. 848 mln. 986 min
dolları və ya 79%-i 15 ölkə ilə aparılan dövriyyənin payına
düşüb.
Azərbaycanın ən çox ticarət əməliyyatı apardığı 15 ölkənin
siyahısında bu ilin 10 ayına görə İtaliya birinci olub. İtaliya ilə
Azərbaycan arasında ticarət dövriyyəsi hesabat dövründə 5 mlrd. 066
mln. 500 min dollar təşkil edib ki, bu da ümumi dövriyyənin 17%-ni
tutub.
Ticarət dövriyyəsində önə çıxan ikinci ölkə İndoneziyadır. Bu
ölkə ilə Azərbaycan arasında ticarət dövriyyəsinin həcmi 2 mlrd.
544 mln. 272 min dollardır. İndoneziya ilə ticarət dövriyyəsi
hesabat dövründə Azərbaycanın ümumi dövriyyəsinin təxminən 9%-ni
tutub.
İlin 10 ayında Azərbaycanın ən çox ticarət əməliyyatı apardığı
üçüncü ölkə Rusiya Federasiyası olub ki, bu ölkə ilə də ticarət
dövriyyəsinin həcmi 2 mlrd. 176 mln. 376 min dollar təşkil edib.
Rusiya ilə ticarət dövriyyəsi ümumi dövriyyənin 7%-i qədər
olub.
Azərbaycanın ən çox ticarət əməliyyatı apardığı başqa bir ölkə
isə Türkiyə olub. Bu ölkə ilə ticarət dövriyyəsinin həcmi 1 mlrd.
644 mln. 181 min dollar təşkil edib.
Yanvar-oktyabr aylarında 1 mlrd. 630 mln. 985 min dollar
dövriyyə ilə Almaniya Azərbaycanın beşinci ticarət tərəfdaşı
olub.
Ticarət dövriyyəsində öndə olan növbəti ölkə 1 mlrd. 568 mln.
412 min dollar dövriyyə ilə Tailand olub.
Hesabat dövründə Böyük Britaniya 1 mlrd. 323 mln.158 min dollar
dövriyyə ilə Azərbaycanın yeddinci ən böyük ticarət tərəfdaşı
olub.
Azərbaycanın ən çox ticarət apardığı növbəti ölkə Fransadır. Bu
ölkə ilə ilin 10 ayında 1 mlrd. 304 mln. 442 min dollar məbləğində
ticarət dövriyyəsi qeydə alınıb.
ABŞ da Azərbaycanın ən çox ticarət əməliyyatı apardığı 10 ölkə
arasında yer alıb. Bu ölkə Azərbaycanla 1 mlrd. 188 mln. 688 min
dollar məbləğində ticarət əməliyyatı aparıb.
Hesabat dövründə ticarət dövriyyəsində öndə olan ölkələr
arasında 1 mlrd. 019 mln. 433 min dollar dövriyyə ilə İsrail də yer
alıb.
Azərbaycanın ticarət əməliyyatı apardığı digər ölkələrə gəlincə
isə bu ölkələr Hindistan (910 mln. 762 min dollar), Yunanıstan (749
mln. 475 min dollar), Ukrayna (670 mln. 847 min dollar),
Portuqaliya (527 mln. 344 min dollar), Çin (524 mln. 104 min
dollar) olub.