Yuxarı

Anar Əliyev Hande Harmancı ilə görüşdü

Ana səhifə Toplum
12 Punto 14 Punto 16 Punto 18 Punto
Anar Əliyev Hande Harmancı ilə görüşdü

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi ilə Ümumdünya Səhiyyə Təşkilatı (ÜST) arasında səmərəli əməkdaşlıq reabilitasiya vasitələri ilə təminat sistemini də əhatə edir. Son illər ölkəmizdə dövlət büdcəsi hesabına verilən reabilitasiya vasitələrinin növləri ÜST-nin təsnifatına uyğun qruplaşdırılıb və bu növlərin sayı 57-dən 130-a çatdırılıb.

Axar.az xəbər verir ki, bunu əmək və əhalinin sosial müdafiəsi naziri Anar Əliyev Nazirlikdə ÜST-nin Azərbaycandakı Nümayəndəliyinin rəhbəri xanım Hande Harmancı ilə keçirilən görüşdə bildirib.

O, Prezident cənab İlham Əliyevin tapşırıqları əsasında son illər ölkəmizdə aparılan sosial islahatlar çərçivəsində əlillik və reabilitasiya sistemlərinin təkmilləşdirilməsi istiqamətində atılan addımları diqqətə çatdırıb.

Bu islahatlarda ÜST ilə birgə fəaliyyətə də xüsusi önəm verildiyi, uğurlu əməkdaşlıq təcrübəsinin qarşıdakı dövrdə daha geniş miqyaslı əməkdaşlıq üçün möhkəm zəmin yaratdığı vurğulanıb. Əhalinin icbari tibbi sığortası sahəsində həyata keçirilən islahatlar, innovativ həllərin tətbiqi, xidmətlərin çevikliyinin və əlçatanlığının artırılması üçün aparılan işlər barədə məlumat verilib.

Xanım Hande Harmancı ölkəmizdə aparılan sosial islahatlar, ÜST və Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin əməkdaşlığına dair müsbət fikirlərini ifadə edib. Görüşdə əhalinin icbari tibbi sığortası sahəsində idarəetmənin təkmilləşdirilməsi istiqamətində ÜST ilə əməkdaşlıq imkanları müzakirə edilib.

Tarix
2026.09.29 / 18:35
Müəllif
Axar.az
Digər xəbərlər

Dövlət Baxçalı Azərbaycana dəvət olundu

Ona vaxtından əvvəl polkovnik-leytenant rütbəsi verildi

Ramiz Mehdiyevin kitabları kitabxanalardan yığışdırılır

İranın zərbə endirəcəyi ölkələrin siyahısı yayıldı

Kəmaləddin Heydərov polkovniki işdən azad etdi

Sinirlioğlunun BMT baş katibi vəzifəsinə namizədliyi... - XİN

İranın Azərbaycana müdaxiləsinə qarşı - Güneylilərin bəyanatı

Azərbaycanla aramıza kimlər girir? - AA-nın baş direktoru

Əliyev Ankaraya gəlmək istəsə, sizə soracaq? - Cümhur İttifaqı

Zakir Həsənov Gülərə başsağlığı verdi

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla