Yuxarı

Bakının təklifini əfsanə adlandırdılar, ancaq... - Kriştalyov

Ana səhifə İqtisadiyyat
12 Punto 14 Punto 16 Punto 18 Punto

Bakı-Tiflis-Qars dəmir yolu layihəsi çox böyük uğurlar gətirəcək.

Axar.az xəbər verir ki, bu fikri Azərtac-a müsahibəsində Argus şirkətinin eksperti, siyasi icmalçı Yevgeni Kriştalyov deyib.

O bildirib ki, Azərbaycan, Gürcüstan və Türkiyə öz gücləri və birgə sərmayələri hesabına iri, enerji və nəqliyyat layihələri reallaşdırırlar. Bunlardan biri də Bakı-Tiflis-Qars dəmir yolu layihəsidir.

“Bir zamanlar Azərbaycan tərəfinin təşəbbüsü ilə Bakı-Tiflis-Ceyhan neft kəməri layihəsi təklifi irəli sürüldü. O zaman hətta bəzi ölkələr və nüfuzlu siyasətçilər bu layihənin əfsanə olduğunu, heç zaman reallaşmayacağını, rentabelli olmayacağını iddia edirdilər. Lakin, Azərbaycan bu layihənin həyata keçirilməsinə nail oldu və bütün dünyaya sübut etdi ki, Bakı-Tiflis-Ceyhan kəməri çox böyük uğurli layihədir. Bu layihə Avropanın enerji təhlükəsizliyinə töhfə verməyə başladı və bu gün hamının diqqət mərkəzindədir.

İnanıram ki, Bakı-Tiflis-Qars layihəsi də belə olacaq. Bu layihə Böyük İpək yolunun tərkib hissəsi olmaqla Şərqlə qərbi, Asiya ilə Avropanın birləşdirəcək. Bu layihə xalqlara firavanlıq, bölgəyə sülh və əmin-amanlıq gətirəcək”, - deyə Y.Kriştalyov vurğulayıb.

Tarix
2018.09.12 / 19:27
Müəllif
Axar.az
Şərhlər
Digər xəbərlər

Kral da Bakıya dəvət olundu

BƏM-də Bakının İrəvana qarşı iddiası: dinləmələr başa çatdı

Əliyev nə istəsə, verəcəm… - Paşinyan təəccübləndirib?

Leyen Bakıya dəvət olundu

Qafqazda sülh Avrasiya üçün təhlükəsizlik məsələsidir

Bakının bu ərazisi plana düşdü: söküləcək

Səudiyyə Həcc ziyarəti ilə bağlı zəvvarlara müraciət etdi

Qazaxla sərhədin delimitasiyası başa çatdı - Xaçatryan

Nazir həbs olunan müdirin yerinə Ağayevi təyin etdi

Ermənistan niyə Azərbaycandan qaz almaq istəyir?

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla