Yuxarı

Azərbaycanın ilk sənaye portalı yaradıldı

Ana səhifə İqtisadiyyat
12 Punto 14 Punto 16 Punto 18 Punto
Azərbaycanın ilk sənaye portalı yaradıldı

Bu gün Beynnəlxalq Mətbuat Mərkəzində "Azərbaycanın sənaye potensialının inkişafı və təbliği ilə bağlı təşəbbüslər" layihəsi çərmivəsində yaradılan www.e-senaye.az - Elektron sənaye portalınin təqdimat mərasimi keçirilib.


Axar.az xəbər verir ki, təqdimatda çıxış edən "Şəmsi Əsədullayev" xeyriyyə ictimai birliyinin nümayəndəsi və layihə koordinatoru Cəsarət Hüseynzadə bildirib ki, Şəmsi Əsədullaev xeyriyyə ictimai birliyiAzərbaycan Respublikasının Prezidenti yanında Qeyri – Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının maliyyə dəstəyi ilə həyata keçirilən "Azərbaycanın sənaye potensialının inkişafı və təbliği ilə bağlı təşəbbüslər" layihəsi çərçivəsində www.e-senaye.az - Elektron sənaye portalı yaradılıb.

Cəsarət Hüseynzadə qeyd edib ki, bu ideya Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin 10 yanvar 2014-cü il tarixli sərəncamı ilə 2014-cü il Azərbaycan Respublikasında "sənaye ili" elan edilməsi ilə bağlı yaranıb və layihə çərçivəsində Azərbaycan Respublikasının İqtisadiyyat və Sənaye Nazirliyindən də informasiya dəstəyi alınıb.

Layihə koordinatorunun sözlərinə görə layihə çərşivəsində Azərbaycanda ilk dəfə olaraq sənaye portalı yaradılıb.

Elektron sənaye portalı çox fünksiyalı bir portal olaraq sənaye sahəsində fəaliyyət göstərən firma və müəsissələr üçün geniş imkanlar təqdim edir.

Beləki, hər bir şirkət portalda qeydiyyatdan keçərək standart və yaxud VİP üzüvlük statusu alır.
Üzvlük statusundan asılı olaraq, öz müəssisələri haqqında informasiyaları, xəbərləri, xidmətləri, məhsulları, fotosessiyaları və video çarxları birbaşa və ya sayt admini vasitəsi ilə bu portalda yayımlaya bilir.

Layihə içraçıları tərəfdən 200 sənaye müəssisəsi haqqında informasiya, 1000-ə yaxın sənaye məhsulu haqqında materiallar ilkin olaraq elektron sənaye portalı bazasına daxil edilib. Bundan başqa müəsisələrin tanıtım və xəbər foto-video xəbərləri də bazaya daxil edilmişdir.


Azərbaycan Respublikasının İqtisadiyyat və Sənaye Nazirliyinin sənaye şöbəsinin sektor rəhbəri Müzəffər İsmayılıov təmsil etdiyi qurum tərəfindən bu kimi layihələrin müsbət qiymətləndirildiyini və informasiya dəstəyi göstərildiyini qeyd etdi.

Layihə ilə bağlı Müvəkkil Hüquq Mərkəzinin sədri Səməd Vəkilov, Yayım Assosiasiyasının prezidenti Yaşar Zeynalov, Təhsil Tədqiqatlar Mərkəzinin rəhbəri Əlövsət Sadıqlı, özəl sektor nümayəndələrindən Mehman Qurbanov, Vahid Məmmədrza, Fazil Kərimov, Natiq Hüseyn çıxış edərək elektron portalın əhəmiyyətindən danışaraq təkliflər səsləndirdilər

Tarix
2014.10.02 / 15:37
Müəllif
Axar.az
Digər xəbərlər

Bu ölkənin səfirinin Azərbaycanda fəaliyyəti başa çatdı

Minnixanovdan Əliyevə: Buna ümid edirik...

AİHM-in son qərarı ilə bağlı Əsgərovdan bəyanat

Gömrük Komitəsinin idarə rəisi işdən çıxarıldı

Baş nazirdən mühüm qərar

Vüqar Əhmədov Qax və Zaqatala sakinləri ilə görüşdü

TƏBİB sədrindən gözlənilməz qərar: İsrafilov işdən çıxarıldı

Prezident Qurbanova babasının fədakarlığından danışdı

Prezident otağındakı heykəllə bağlı maraqlı faktı açıqladı - Foto

Erməni mediası Misir Mərdanovdan yazdı

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla