Yuxarı

“Kreditlər bahalaşdıqca, sahibkarlıq çökəcək”

Ana səhifə İqtisadiyyat
12 Punto 14 Punto 16 Punto 18 Punto
“Kreditlər bahalaşdıqca, sahibkarlıq çökəcək”

"Kreditlərin bahalaşması Rusiyada sahibkarlar üçün çox böyük problem yaradacaq".

Bu sözləri Axar.az-a iqtisadçı ekspert Samir Əliyev Rusiyada rublun ucuzlaşmasının mənfi təsirləri məsələsini şərh edərkən deyib. O, rublun bundan sonra da ucuzlaşmağa davam edəcəyini bildirib:

"Sanksiyaların təsiri olaraq rus rublu ucuzlaşıb. Bu il rus rublu 20% ucuzlaşıb. Halbuki bundan əvvəl Mərkəzi Bank hər il məqsədyönlü şəkildə rublun təxminən 5-6% ucuzlaşması siyasətini həyata keçirirdi. Çünki bu, ixracı stimullaşdırır. Yəni, ixrac olunan malın qiymətinin ucuz olmasına gətirib çıxarır ki, bu da öz növbəsində məhsulun rəqabət qabiliyyətini artırır. Amma bu dəfə sanksiyaların nəticəsi olaraq rublda 5-6% yox, artıq 20%-dən çox ucuzlaşma var. Bu ucuzlaşmanın davam edəcəyi də istisna deyil. Rusiya Mərkəzi Bankı sonuncu dəfə rublun kursunu saxlamaq üçün iyun ayında bazara müdaxilə edib. Rus rublunun ucuzlaşmasının qarşısını almaq üçün dövriyyəyə pul buraxıb. Ondan sonra son iki-üç günə qədər heç bir müdaxilə etməyib. Hazırda Rusiya iqtisadiyyatı halı pisləşən xəstəyə bənzəyir. Çünki sanksiyalar gündən-günə ağırlaşır".

İqtisadçı rublun ucuzlaşmasının Rusiyada inflyasiya yarada biləcəyini söyləyib:

"Güman ki, Mərkəzi Bank rus rublunun daha da ucuzlaşmaması üçün müxtəlif tədbirlər görəcək. Bu halda Mərkəzi Bankın iki yolu var. Birincisi, öz valyuta ehtiyatı hesabına pul buraxıb rublun kursunu saxlamalıdır. Bu çox təhlükəli variantdır. Çünki buna Mərkəzi Bankın pulu çatmaya bilər. İkinci çıxış yolu isə devolvasiyaya getməkdir, yəni pulun dollara münasibətdə ucuzlaşdırılmasıdır. Devolvasiya variantını seçsələr, orada öz valyuta ehtiyatlarını qoruya biləcəklər. Lakin bunun da başqa neqativ təsirləri var. Belə ki, rublun ucuzlaşması ölkədə kreditlərin, əmanətlərin bahalaşmasına gətirib çıxaracaq. Kreditlərin də bahalaşması sahibkarlar üçün çox böyük problem yaradacaq. Bu da orta sahibkarların sıradan çıxmasına səbəb olacaq. Əhalinin sosial vəziyyətinin pisləşməsi ilə nəticələn bilər, yəni ölkədə güclü inflyasiya yarada bilər".

Tarix
2014.10.10 / 08:00
Müəllif
Ülkər Cəfərova
Digər xəbərlər

Pənah Hüseyn partiya sədrliyindən istefa verdi

ABŞ-ın Ankara və Bakı ilə bağlı yeni planı: Rusiya ilə birləşir

Ceyhun Bayramov pakistanlı həmkarı ilə görüşdü

Qazimiz də rus ordusuna qoşuldu: Qarşısını necə alaq?

Ramiz Mehdiyev bu iki nazirdən çəkinirdi

Eldar Mahmudova görə vəzifədən getdim - Eks-nazir

Ramil Səfərovun xanımı yeni vəzifəyə təyin edildi

Rusiyada saxlanılan Niyaz Zahidov Azərbaycandan deport edilib

Səudiyyədə əmlak sahibi olmaq istəyənlərin diqqətinə!

Vardanyan barədə sənədli film hazırlandı - Video

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla