Yuxarı

Müsəlman ölkələr toqquşdu: Tramp barışdıracaqmı?

Ana səhifə Gündəm
12 Punto 14 Punto 16 Punto 18 Punto
Müsəlman ölkələr toqquşdu: Tramp barışdıracaqmı?

Pakistan-Əfqanıstan sərhədində yenidən gərginlikdir, döyüşlər səngimir, hər iki tərəfdən ölən və yaralanlar var. Bu gedişlə atəşkəsə nail olmaq üçün vasitəçiyə ehtiyac olacaq. Əks halda bu iki ölkə bir müddət sonra yenidən toqquşacaq. ABŞ Prezidenti Donald Tramp yenə özünü qabağa verəcəkmi?

Axar.az xəbər verir ki, bu sözləri politoloq Elxan Şahinoğlu Pakistan və Əfqanıstan arasında son toqquşmalar haqda qeyd edib.

O bildirib ki, Pakistanın Baş naziri Şahbaz Şərifin ABŞ prezidenti ilə dostluq münasibətləri var:

“Buna baxmayaraq, hər hansı münaqişədə vacitəçi olmaq üçün hər iki tərəfin razılığı olmalıdır. Taliban rejiminin Vaşinqtonun vasitəçiliyinə razılaşacağı çətindir. Vasitəçiliyə iddia edən ölkələrdən biri Çin ola bilər. Pekin İslamabadla strateji tərəfdaşdır. Pekinin Taliban rejimi ilə də sıx əlaqələri var. Pekinə Pakistanla Əfqanıstan arasında münasibətlərin normallaşdırılması həm də ona görə vacibdir ki, Çinin hər iki ölkədə iqtisadi maraqları var.

Qətər də tərəfləri masa arxasında oturmağa dəvət edə bilər. Qətərin son illərdə müxtəlif münaqişələrlə bağlı vasitəçilik təcrübəsi var. Taliban Əfqanıstanda ABŞ qoşunlarına qarşı savaşarkən, Qətərdə nümayəndəliyi mövcud idi. ABŞ diplomatları ilə Taliban nümayəndələri arasında danışıqlar məhz Qətərdə gedirdi və bu danışıqların nəticə olaraq sonda Vaşinqton Əfqanıstanı tərk etmək qərarına gəldi.

Vasitəçi hansı dövlət olursa-olsun, əsas məsələ Əfqanıstanla Pakistan arasında sərhədin hər iki tərəfdən tanınmasıdır. Əfqanıstan 1893-cü ildə ingilis müstəmləkəçilərinin müəyyənləşdirdiyi və şərti adı “Durand xətti” adlanan sərhədi tanımır. İki ölkə arasında sərhədin uzunluğu isə 2670 kilometrdir”.

Tarix
2025.10.15 / 20:02
Müəllif
Axar.az
Digər xəbərlər

Türkiyə Ermənistanda “tərəfini” elan etdi

Trampın ən yaxını Türkiyəni hədələdi: İrandan sonra?..

İrandakı hadisələr iqtisadiyyatımıza necə təsir edəcək?

Bayramov Qrono ilə görüşdü: Sülh prosesi...

Azərbaycan və Ermənistan nümayəndələri bu əraziyə baxdı

“Tramp yolu” Putinlə müzakirə olunub - Paşinyan

Bayramovla bu məsələni 2 saata yaxın müzakirə etmişik...

ABŞ Azərbaycan vətəndaşları üçün bu vizanı dayandırır

Naxçıvana maneəsiz nəqliyyat əlaqəsi... - Paşinyan

Bu sazişlər tez təsdiqlənməlidir - Paşinyan

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla