Yuxarı

Yeni “Chipsim” brendi gəldi

Ana səhifə İqtisadiyyat
12 Punto 14 Punto 16 Punto 18 Punto
Yeni “Chipsim” brendi gəldi

Azərbaycanın qida sənayesi nəhəngi bazara daha bir yeni məhsul çıxardı.

Boş vaxtlarını və məşğuliyyətlərini çipsi ilə keçirməyi xoşlayanlara Azərbaycanın qida sənayesi nəhəngindən sürpriz var. "Gilan Holdinq" yeni çipsi brendini - "Chipsim" markasını Azərbaycan bazarına təqdim edib. Brendin təqdimat mərasiminə şirkət kollektivi ilə yanaşı, media nümayəndələri, tanınmış insanlar və 100-dən çox marketin rəhbərləri qatılıb.

"Gilan Holdin"in idarə heyətinin sədri Cəmil Muradov Qəbələ şəhərində "Chipsim" zavodunun fəaliyyətə başlaması ilə 400-ə yaxın şəxsin daimi işlə təmin edildiyini bildirib. "Müəssisəmizin açılışında Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin şəxsən iştirak edib, xeyir-dua verməsi bizi başladığımız bu işə daha məsuliyyətli yanaşmağa ruhlandırır" – Cəmil Muradov belə deyib. İdarə heyətinin sədri əsası 2013-cü ildə qoyulmuş, dünyanın inkişaf etmiş ölkələrinin – ABŞ və Yaponiyanın ən son texnologiyaları ilə təchiz edilmiş müəssisədə yerli, ekoloji təmiz xammaldan istifadə olunduğunu vurğulayıb.

Təqdimat mərasimində iştirak edənlər "Chipsim" məhsulunu ilk dəfə dadmaq imkanı qazanıblar. Məhsulun dadı haqda yüksək fikirdə olan market rəhbərləri ilk böyük sifarişlərini də elə orada veriblər. Şirkət partnyorlarını mükafatlandırmağı da yaddan çıxartmayıb.

Yeni məhsul - "Chipsim" tərkibində müxtəlif ədviyyatlardan istifadə olunmaqla, yüksək keyfiyyətli və tam təbii kartofdan hazırlanır. Hər kəs ağız dadına uyğun olan çeşidlərdən istədiyini - paprika, şüyüdlü, klassik, pendirli, tomatlı, xama və soğanlı dadları seçə bilər. Qablaşdırmanın ölçüləri də istehlakçılara seçim azadlığı verir – "Chipsim" 20 q, 75 q, 150 q həcmli bağlamalarda müştərilərə təqdim olunur.

"Gilan Holdinq" "Chipsim" layihəsinin rəhbəri Amid Səfərov Azərbaycanda çipsi bazarının hazırkı 16 mln manatlıq illik dövriyyəsini bazarın istehlak potensialına - 20-22 mln manata qədər artırmaq mümkün olduğunu qeyd edib. "Chipsim" zavodu günlük 20 ton məhsul istehsal etmək gücü ilə nəinki Azərbaycan, hətta MDB miqyasında fəaliyyət göstərə biləcək.

Tarix
2014.10.10 / 10:53
Müəllif
Axar.az
Digər xəbərlər

Qarakənd faciəsindən 34 il ötür

Ağdamın azad olunmasından 5 il ötür

Əliyevin Daşkəndə səfərindən eksklüziv görüntülər - Video

Əliyevalar Yeni Klinikada mərkəzlərin açılışında - Foto

Səhv məlumata görə iki nəfəri öldürdüm - Qətlin təfərrüatı

Heydər Əliyevin tərcüməçisi buna görə qovulubmuş

Füzuli sakinləri Berdiməhəmmədova məktub ünvanladı

Banqkoka uçan təyyarə Bakıda məcburi eniş etdi

Leyla Əliyeva Beynəlxalq STEAM festivalında

Keniya prezidenti azərbaycanlı naziri qəbul etdi

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla