Yuxarı

Banklarda iri əmanətləri olan şəxslər… - Təklif

Ana səhifə İqtisadiyyat
12 Punto 14 Punto 16 Punto 18 Punto

Beş ay sonra “Əmanətlərin tam sığortalanması haqqında” qanun qüvvədən düşür.

Axar.az xəbər verir ki, bu sözləri iqtisadçı alim Vüqar Bayramov deyib. Ekspert bildirib ki, 2016-cı ilin martın 1-də qüvvəyə minən sözügedən qanuna əsasən, Əmanətlərin Sığortalanması Fondu (ƏSF) tərəfindən əmanətlər üzrə müəyyən edilmiş illik faiz dərəcəsi həddində olan bütün qorunan əmanətlər məbləğindən asılı olmayaraq 3 il müddətində tam sığortalanır:

“Bu isə o deməkdir ki, qanuna əsasən, gələn il martın 1-dən etibarən yenidən yalnız məbləği 30 min manatadək olan əmanətlər sığortlanacaq. Bu qanun 2016-cı ildə - neftin dünya bazar qiymətləri yüksək olmayan bir dövrdə banklara əmanətlərin cəlb edilməsi baxımından vacib addım hesab edilirdi. Belə ki, müəyyənləşdirilmiş faiz dəhlizləri çərçivəsində əmanətlərin tam sığortalanması banklarda depozitin saxlanmasını təşviq etdi. Digər tərəfdən, müflis elan edilən banklarda qorunan əmanətlərin tam həcmdə qaytarılması da depozit yığımlarına maraq yaradır. Bu qanun o zaman qəbul edilməsəydi, əmanətlərin banklardan kütləvi çəkilməsi baş verə bilərdi. Bu baxımdan məbləği böyük olan əmanətlərin banklardan çəkilməməsi üçün “Əmanətlərin tam sığortalanması haqqında” qanuna dəyişiklik edilməsi, məbləğindən asılı olmayaraq, əmanətlərin tam sığortalanması müddətinin daha 3 il uzadılması məqsədəuyğundur. Müddətin uzadılması ilə bağlı qərarın 2018-ci ilin sonunadək qəbul edilməsi daha məqsədəuyğun olardı. Çünki bu halda yüksək məbləğli əmanət sahiblərinin depozitlərinin sığortalanmayacağından narahat olub, vəsaitlərini banklardan götürmə riski aradan qalxar”.

Tarix
2018.11.06 / 10:24
Müəllif
Aygün Yusibova
Şərhlər
Digər xəbərlər

Əliyev İrəvana seçim üçün iki yol təklif etdi

Prezident niyə Berlinə Füzulidən uçdu? - 3 mesaj

Prezidentin Berlin səfərində təxribat aksiyası planlaşdırılır

Rusiyaya qarşı yalnız Nikoldur? İlluziyaya qapılmayın!

Mirzoyan serb nazirə delimitasiyadan danışdı

İlham Əliyev Almaniyada səfərdədir - Foto

Heydər Əliyevə Ağdam məscidindən daş verən… - Video

Bakı-İrəvan danışıqlarında unikal məkan...

Əliyevlə Japarov Ağdamda... - Foto

Bunu Bakının gündəliyindən çıxarmalıyıq - Simonyan

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla