Rusiya Prezidenti Vladimir Putin neft qiymətlərinin
aşağı düşməsinin səbəblərini açıqlayıb.
Axar.az xəbər verir ki, Putin bunun Rusiyaya qarşı
hesablandığını, bəzi ölkələrin düşünülmüş planı olduğunu deyib.
Rusiya lideri ad çəkmədiyi ölkələrin dünya böhranı yaratmağa
cəhd etdiyini deyərək, bu cəhdlərin uğursuz olacağını bildirib:
"Neft istehsal sahələrindəki yeniliklər karbohidrogen istehsalını
artırır və bazara təsir göstərir. İnkişaf etmiş ölkələrdə strateji
və ticari neft ehtiyatı tarixin ən yüksək səviyyəsindədir. Rusiya
da neft qiymətlərində yaşanan böhranın ölkə iqtisadiyyatına
təsirini minimuma endirmək üçün tədbirlər görür. Əsas məqsədimiz
Rusiya iqtisadiyyatını diversifikasiya etmək, Çin və Uzaq şərq
ölkələri ilə Avropa bazarlarının tarazlanmasını reallaşdırmaq və
büdcə xərclərini minimum endirməkdir".