Yuxarı

Kimlər sadələşdirilmiş vergidən istifadə edə bilər? – Təklif

Ana səhifə İqtisadiyyat
12 Punto 14 Punto 16 Punto 18 Punto
Kimlər sadələşdirilmiş vergidən istifadə edə bilər? – Təklif

Bu ildən yalnız mikro-sahibkarlar sadələşdirilmiş vergi güzəştindən istifadə edə bilərlər.

Axar.az xəbər verir ki, bu sözləri iqtisadçı alim Vüqar Bayramov deyib. Ekspert bildirib ki, Nazirlər Kabinetinin 21 dekabr 2018-ci il tarixli, 556 saylı “Mikro, kiçik, orta və iri sahibkarlıq subyektlərinin bölgüsü” meyarları haqqında qərarı fərdi sahibkarların sadələşdirilmiş vergidən istifadəsinə imkan vermir:

“Fərdi sahibkarlıq ilə məşğul olub illik (ardıcıl 12 ay) dövriyyəsi 200 min manatdan az olanların güzəştli vergi dərəcələrindən istifadə imkanları yoxdur. Problem odur ki, Nazirlər Kabinetinin sözügedən qərarına görə, mikro-sahibkarlar illik dövriyyəsi 200 min manatdan az olan və işçilərin sayı 1-10 arasında olan sahibkarlıq subyektləridir. Bu isə o deməkdir ki, fərdi sahibkarlıq ilə məşğul olanların işçiləri olmadığı və fərdi fəaliyyət göstərdikləri üçün onlar mikro-sahibkarlar hesab olunmurlar. Qərarda mikro- sahibkarların təsnifatı üçün “1” rəqəminin qeyd edilməsi fərdi sahibkarların güzəştdən istifadə imkanlarını məhdudlaşdırır”.

İqtisadçı qeyd edib ki, mikro-sahibkarlıq subyektləri ilə bağlı bölgü beynəlxalq standartlara da uyğun deyil:

“Belə ki, Avropa Birliyində illik dövriyyəsi 2 milyon avrodan az olan və işçilərin sayı 10-dək olan sahibkarlıq subyektləri “mikro” hesab olunur. Yəni işçilərin sayı 1-10 arası deyil, 10-dək olanlar mikro hesab olunur. ABŞ-da illik dövriyyəsi 7.5 milyon dollardan az olan və işçilərin sayı 500-dək olanlar kiçik sahibkarlar sayılır. Göründüyü kimi, beynəlxalq standartlarda təsnifat zamanı “1” rəqəmindən istifadə olunmur. Bu baxımdan təklif edirik ki, Nazirlər Kabinetinin 21 dekabr 2018-ci il tarixli, 556 saylı qərarına dəyişiklik edilsin və işçilərin sayı 1-10 arası olanlar deyil, 10-dək olanlar “mikro” hesab olunsun. Yalnız bu halda fərdi sahibkarların vergi güzəştindən istifadəsi mümkün olacaq. Əks halda fərdi sahibkarların sadələşdirilmiş vergi sistemindən istifadəsində çətinliklər olacaq”.

Tarix
2019.01.29 / 14:01
Müəllif
Aygün Yusibova
Digər xəbərlər

Bayramovdan Arakçıya: Araşdırma tamamlanmalıdır!

Qurbanqulu Berdiməhəmmədov Bakıya gələcək

Sikorski Azərbaycana dron hücumlarını pislədi

Laricani öldürüldü - Katz elan etdi

Ermənistan üzərindən Bakıya uçan hərbi təyyarə...

Milli Məclisin iclası başladı

Bayramov pakistanlı həmkarı ilə danışdı

Vardanyanın müraciətləri araşdırıldı

Rusiya bu şəxsi Azərbaycana ekstradisiya etdi

PA rəsmisinin Azıx mağarasından paylaşımı - Video

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla