Yuxarı

Rusiya fəlakət astanasında – 1 dollar 100 rubla qalxa bilər

Ana səhifə İqtisadiyyat
12 Punto 14 Punto 16 Punto 18 Punto

"Tanınmış beynəlxalq agentliklər Rusiyanın gələcəyi ilə bağlı müxtəlif ssenarilər proqnozlaşdırır".

Bu sözləri Axar.az-a iqtisadçı ekspert Rəşad Həsənov iqtisadiyyatı sürətlə çökən Rusiyanın son durumu ilə bağlı mütəxəssisilərin proqnozlarıyla bağlı açıqlamasında deyib.

Ekspertin sözlərinə görə, rublun məzənnəsinin sürətlə düşməsi, Rusiyadan investisiyaların çıxması və ölkənin valyuta ehtiyatlarının sürətli şəkildə əriməsi bir sıra proqnozlara səbəb olur:

"Rusiyanın "Rosneft" kimi böyük neft şirkətinin dövlətdən borc istəməsi bu amillər sırasındadır. İlin sonunadək Rusiyanın valyuta ehtiyatlarının 450 milyard dollaradək azalacağı proqnozlaşdırılsa da, ancaq proses gözləniləndən də çox oldu. İlin sonuna iki ay qalmasına baxmayaraq, azalmaların daha sürətlə baş verməsinin şahidi oluruq. Rusiya son bir neçə ayda 100 milyard vəsait itirib. Bu proseslər Rusiyanın bundan sonra həyata keçirəcəyi siyasətdən asılılığı bir qədər də sürətləndirir. Əgər Rusiya Donbas və Donetsk vilayətlərində də eyni siyasəti həyata keçirməyə davam edərək bu əraziləri tanıyarsa, bu, ölkəyə yeni sanksiyaların tətbiq olunmasını və köhnə sanksiyaların qüvvədə qalmasını qaçılmaz edəcək. Bu isə o deməkdir ki, bu iki il ərzində baş verənlər Rusiya iqtisadiyyatını defolt edə bilər. Hətta bununla bağlı müxtəlif versiyalar var. Bəzi mütəxəssislər hesab edirlər ki, mart ayına kimi 1 dollar 100 rubl həddinə çataraq inflyasiyanın pik nöqtəsini qoyacaq. Baş verənlərə başqa bir səbəb neftin qiymətinin sürətlə düşməsidir. Bu da Rusiya və Qərb siyasətinin üz-üzə dayanmasının nəticəsidir. Qərb Rusiyanı ambisiyalardan döndərməyə və ölkənin siyasi elitasına bir dərs verməyə çalışır. Qeyd edək ki, Rusiyanın ixracının təxminən 60%-i yalnız neft və qaz hesabına formalaşır".

Ekspert ilin sonuna kimi Rusiyanın xarici valyuta ilə ödəməli olduğu 50 milyarda yaxın borcun ölkədən çıxmasının çox ciddi maliyyə sıxıntıları yaradacağını bildirib:

"Rusiya rublu gündəlik olaraq Mərkəzi Bank tərəfindən bazarlarda nə qədər inteqrasiya etsə belə, ucuzlaşmanın qarşısını ala bilmədi və sonunda bazarın öhdəsinə buraxıldı. Bu da bir amil kimi ucuzlaşmanı sürətləndirdi. İqtisadiyyatın intervensiya olunması istiqamətində ciddi işlər görülmədiyindən Rusiyada təbii resurslardan asılı bir iqtisadiyyat formalaşıb. Son olanlar sübut etdi ki, heç bir qüvvə süni şəkildə formalaşmış valyuta ehtiyatlarına arxayın olub hərəkət etməməlidir. Daha dayanıqlı və intervensiya olunmuş iqtisadi model yaratmaq mütləqdir".

Tarix
2014.11.12 / 15:35
Müəllif
Aygün Yusibova
Şərhlər
Digər xəbərlər

Mübarizə qızışır: Kim ilk ensə, ərazi onun olacaq!

Bakıya qarşı sanksiya çağırışı - İcmadan reaksiya

Əliyev İrəvana seçim üçün iki yol təklif etdi

Prezident niyə Berlinə Füzulidən uçdu? - 3 mesaj

Prezidentin Berlin səfərində təxribat aksiyası planlaşdırılır

Rusiyaya qarşı yalnız Nikoldur? İlluziyaya qapılmayın!

Mirzoyan serb nazirə delimitasiyadan danışdı

İlham Əliyev Almaniyada səfərdədir - Foto

Heydər Əliyevə Ağdam məscidindən daş verən… - Video

Bakı-İrəvan danışıqlarında unikal məkan...

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla