Yuxarı

Baş bankirin "Rotşild"lə imzaladığı sazişin detalları...

Ana səhifə İqtisadiyyat
12 Punto 14 Punto 16 Punto 18 Punto

Mərkəzi Bank (AMB) Azərbaycan Respublikasının Birinci vitse-prezidenti Mehriban Əliyevanın Fransaya səfəri çərçivəsində AMB ilə "Rotşild Cie” Bankı arasında imzalanmış Strateji Əməkdaşlıq Sazişinin detallarını açıqlayıb.

Axar.az AMB-yə istinadən xəbər verir ki, sazişə əsasən, 3 strateji istiqamət üzrə əməkdaşlıq həyata keçiriləcək:

- Bank sektorunun cari vəziyyəti və sektora təsir edən əsas faktorlar qiymətləndiriləcək, aparıcı bankların biznes modelləri skorinq metodologiyasına uyğun olaraq nəzərdən keçiriləcək, bank sektorunun maliyyə dayanıqlılığının gücləndirilməsi və restrukturizasiya proseslərinin başa çatdırılması üçün zəruri olan tədbirlər üzrə tövsiyələr hazırlanacaq;

- Banklararası, kapital və borc bazarlarının, bazar iştirakçılarının, posedurların və infrastrukturun, məhsulların, bankların beynəlxalq borc və kapital bazarlarında iştirak imkanlarının təfərrüatlı qiymətləndirilməsi həyata keçiriləcək;

- Milli valyutada mövcud olan maliyyə alət və bazarları, onların inkişaf perspektivləri, maliyyə institutlarının rolu, yerli və beynəlxalq klirinq və depozitari təşkilatları arasında əməkdaşlığın gücləndirilməsi imkanları nəzərdən keçiriləcək və tövsiyələr hazırlanacaq.

Qabaqcıl beynəlxalq təcrübə nəzərə alınmaqla həyata keçiriləcək bu tədbirlər kapital və pul bazarlarının dərinləşdirilməsi və inkişaf etdirilməsi, bank sektorunun maliyyə dayanıqlığının gücləndirilməsi, iqtisadi artımda maliyyə sektorunun rolunun gücləndirilməsi istiqamətində müəyyən edilmiş hədəflərin reallaşmasında mühüm rol oynayacaq.

Qeyd edək ki, "Azərbaycan Mərkəzi Bankı ilə "Rotchild Cie” Bankı arasında Strateji Əməkdaşlıq Sazişi”ni Mərkəzi Bankın sədri Elman Rüstəmov və "Rotchild Cie” Bankının baş direktoru Aryel Malard dö Rotşild imzalayıblar.

"Rotchild Cie” Bankı beynəlxalq maliyyə bazarları üzrə məsləhət xidmətlərində yüksək nüfuza və geniş təcrübəyə malikdir.

Tarix
2019.03.13 / 00:01
Müəllif
Axar.az
Şərhlər
Digər xəbərlər

Prezidentin Berlin səfərində təxribat aksiyası planlaşdırılır

Rusiyaya qarşı yalnız Nikoldur? İlluziyaya qapılmayın!

Mirzoyan serb nazirə delimitasiyadan danışdı

İlham Əliyev Almaniyada səfərdədir - Foto

Heydər Əliyevə Ağdam məscidindən daş verən… - Video

Bakı-İrəvan danışıqlarında unikal məkan...

Əliyevlə Japarov Ağdamda... - Foto

Bunu Bakının gündəliyindən çıxarmalıyıq - Simonyan

Japarovun Azərbaycana səfəri başa çatdı

Prezidentlər birgə nahar etdilər

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla