Yuxarı

Çikaqoda ilk İllinoys-Azərbaycan Kənd Təsərrüfatı Forumu

Ana səhifə İqtisadiyyat
12 Punto 14 Punto 16 Punto 18 Punto
Çikaqoda ilk İllinoys-Azərbaycan Kənd Təsərrüfatı Forumu

3-5 aprel 2019-cu il tarix tarixlərində ABŞ-ın aparıcı maliyyə və ticarət mərkəzlərindən biri olan Çikaqo şəhərində ABŞ-Azərbaycan Ticarət Palatası (USACC) və İllinoys Ticarət Palatasının birgə təşkilatçılığı ilə ilk İllinoys-Azərbaycan Kənd təsərrüfatı Forumu keçirilib.

Axar.az xəbər verir ki, forumda Azərbaycanın Kənd Təsərrüfatı Naziri başda olmaqla, Azərbaycanın ABŞ-dakı səfirliyi, ABŞ-ın Beynəlxalq İnkişaf Agentliyi (USAID), İllinoys ştatının Kənd Təsərrüfatı Departamenti və ABŞ və Azərbaycanın qabaqcıl şirkətlərin nümayəndələri iştirak edib. Tədbirdə həmçinin Kapital Bank-ın bankın Baş Korporativ Satış inzibatçısı Fərid Hidayətzadə və İdarə Heyəti sədrinin Beynəlxalq Əlaqələr üzrə müşaviri Vüqar Sadiq qatılıb.

Forumun əsas məqsədi kənd təsərrüfatı sahəsində tərəflər arası əməkdaşlığın qurulması, Azərbaycanın və ABŞ-ın aparıcı ştatlarından biri olan İllinoyis ştatının kənd təsərrüfatı müəssisələrinin nümayəndələrini bir araya gətirmək, məhsuldarlığın artırılması üsulları, Amerika istehsalı texnologiyaları və həmçinin kənd təsərrüfatının müxtəlif sahələrində istifadə olunan yeni metodlar ilə tanış etməkdir.

“İlk İllinoys-Azərbaycan Kənd Təsərrüfatı Forumu ABŞ-Azərbaycan Ticarət Palatasının proqramı çərçivəsində keçirilib və ABŞ ştatları ilə Azərbaycan arasında ticarət-biznes münasibətlərinin genişləndirilməsi üçün mühüm bir tədbirdir. "Kapital Bank" sahibkarlığın və xüsusilə də kənd təsərrüfatının inkişafına və maliyyələşməsinə hər zaman dəstək olub. Xarici həmkarların təcrübəsi ilə tanış olmaq Azərbaycanda kənd təsərrüfatı sahəsinin inkişafı üçün yeni addımların atılmasına imkan yaradacaq”, - deyə, “Kapital Bank”ın Baş Korporativ Satış inzibatçısı Fərid Hidayətzadə bildirib.

Proqram çərçivəsində həmçinin Azərbaycan şirkətlərinin nümayəndələri tərəfindən İllinoys ştatının aparıcı istehsalat müəssisələrinin, fermer təsərrüfatlarının və elmi-tədqiqat mərkəzlərinin, eləcə də gübrə və protein istehsalı sahələrinin ziyarəti keçirilib.

Azərbaycanda ən böyük filial şəbəkəsinə malik olan “Kapital Bank”, 99 filialı və 13 şöbəsi ilə müştərilərin xidmətindədir. Bankın məhsul və xidmətləri barədə daha ətraflı məlumat almaq üçün www.kapitalbank.az saytına, 196 Sorğu Mərkəzinə və ya Bankın müxtəlif sosial şəbəkələrdə olan səhifələrinə müraciət edə bilərsiniz.

Tarix
2019.04.08 / 10:42
Müəllif
Axar.az
Digər xəbərlər

Fidan, Bayramov və Boçorişvili İstanbulda görüşəcək

Gəmidə yaralanan azərbaycanlıların vəziyyəti... - XİN

Ümid edirəm ki, Bakıya gedəcəm - Paşinyan

Rusiya üçün kritik gün: Paşinyan qalib gəlsə, bitdi...

Xalq artistinin oğluna yüksək vəzifə verildi

ABŞ ifşa oldu: təyyarə gəmisinə ciddi ziyan dəyib - Foto

Azovda həlak olan azərbaycanlıların son sayı açıqlandı

Nəqliyyat Təlim Mərkəzinə direktor təyin edildi

XİN-dən vurulan gəmidəki vətəndaşlarımız barədə açıqlama

CNN-in Azərbaycanla bağlı böhtan məlumat yayması...

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla